Menyu

Sabah xarici işlər nazirləri səviyyəsində "3+3" formatında görüş keçiriləcək - YENİLƏNİB

Sabah xarici işlər nazirləri səviyyəsində "3+3" formatında görüş keçiriləcək - YENİLƏNİB

Azərbaycan, Ermənistan, İran, Rusiya və Türkiyə xarici işlər nazirləri oktyabrın 23-də Tehranda "3+3" formatı çərçivəsində görüş keçirməyi planlaşdırır. 

"Operativ Media" xəbər verir ki, bu barədə İranın İRNA dövlət xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, nazirlər Cənubi Qafqazda baş verən son hadisələri, eləcə də təhlükəsizlik sahəsində regional əməkdaşlıq məsələlərini müzakirə etmək niyyətindədirlər. Agentlik Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını gündəliyin əsas bəndi adlandırıb.

Qarabağ üzrə altıtərəfli əməkdaşlıq formatı təşəbbüsü və Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin blokunun açılması məsələsi ilk dəfə 2021-ci ildə Azərbaycan və Türkiyə liderləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən irəli sürülüb. Rusiya və İran bu ideyanı dəstəkləyib, Gürcüstan bu təşəbbüsdə iştirak etməyi planlaşdırmadığını, lakin sülhü “üçlük” şəklində saxlamaq üçün Bakı və İrəvana öz danışıqlar formatını təklif etdiyini bildirib. 2021-ci il dekabrın 10-da Moskvada xarici işlər nazirlərinin müavinləri səviyyəsində məsləhətçi regional platformanın ilk iclası keçirilib. 

*** 13:17

Oktyabrın 23-də İranın paytaxtı Tehranda 3+3 formatında görüş keçirilə bilər. 

"Operativ Media" xəbər verir ki, bu barədə İranın rəsmi xəbər agentliyi İRNA məlumat yayıb. 

"Azərbaycan, Ermənistan, İran, Rusiya və Türkiyə xarici işlər nazirləri oktyabrın 23-də Tehranda “3+3” formatı çərçivəsində görüş keçirə bilərlər", - məlumatda qeyd edilib.

Teqlər:

"Sabah xarici i\u015fl\u0259r nazirl\u0259ri s\u0259viyy\u0259sind\u0259 \"3+3\" format\u0131nda g\u00f6r\u00fc\u015f ke\u00e7iril\u0259c\u0259k - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər