http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

“Heydər Əliyev və Azərbaycanda multikultural dəyərlər” mövzusunda konfrans keçirilib

22 Oktyabr 2023 , 16:16
“Heydər Əliyev və Azərbaycanda multikultural dəyərlər” mövzusunda konfrans keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Şimal Regional Mərkəzinin, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda multikultural dəyərlər” mövzusunda konfrans keçirilib.

Bu barədə "Operativ Media"ya Ombudsman Aparatından bildirilib.

Tədbirdə Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Ombudsmanın Şimal Regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Ramin Xudayev, tələbələr və könüllülər iştirak ediblər.
Konfransda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlar zamanı Ulu Öndər Heydər Əliyevin bütün sahələrdə olduğu kimi, multikulturalizm sahəsində də gördüyü mühüm işlərin bu gün uğurla davam etdirilməsindən bəhs olunub. Ulu Öndərin Azərbaycan dövlətçiliyinin yüksəlişini şərtləndirən və multkulturalizmin əsas bazası olan Azərbaycançılıq prinsipini milli idealogiya kimi irəli sürdüyü qeyd edilib.

Tədbirin yekununda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

OXŞAR XƏBƏRLƏR
Xorvatiya Respublikasının Baş prokuroru İvan Turudiçin Bakıdadır

Xorvatiya Respublikasının Baş prokuroru İvan Turudiçin Bakıdadır

Azərbaycan və Rumıniya arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Rumıniya arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan XİN BƏƏ-nin Xartumdakı səfirinin iqamətgahına hücumu pisləyib

Azərbaycan XİN BƏƏ-nin Xartumdakı səfirinin iqamətgahına hücumu pisləyib

XƏBƏR LENTİ
  • 13:12

    Bakıda orta aylıq nominal əməkhaqqı 7 %-dən çox artıb
  • 13:06

    "Qarabağ"ın oyunu yunan hakimlərə tapşırıldı
  • 12:56

    Qərbi Azərbaycan mühacir hökumətinin yaranmasına münasibət müsbətdir - SORĞU
  • 12:44

    MÜTDA: Müəllimlər günü ilə əlaqədar pul yığılması yolverilməzdir
  • 12:27

    Hikmət Hacıyev dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib
  • 12:23

    Mark Rutte NATO-nun baş katibi vəzifəsinin icrasına başlayıb
  • 12:22

    Azərbaycan millisinin Slovakiya ilə oyununun biletləri satışa çıxarıldı
  • 12:16

    Bakıda 20 km-lik yeni mikromobillik zolağı istifadəyə verilib
Menyu