http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

“İlham Əliyevin Gəncə şəhərinə səfərləri” kitabının təqdimatı keçirilib

23 Oktyabr 2023 , 19:18
“İlham Əliyevin Gəncə şəhərinə səfərləri” kitabının təqdimatı keçirilib

Gəncədə Prezident İlham Əliyevin 20 illik fəaliyyətinə həsr olunmuş “İlham Əliyevin Gəncə şəhərinə səfərləri” adlı kitabın təqdimatı keçirilib.

"Operativ Media" xəbər verir ki, Gəncə Dövlət Filarmoniyasında keçirilən təqdimat mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, GDU-nun rektoru, professor Yusif Yusibov, Gəncə Tibb Kollecinin direktoru, Əməkdar həkim Mehman Rzayev, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri və şəhər ictimaiyyəti iştirak ediblər.

Tədbirdə Azərbaycan Republikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Niyazi Bayramov çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Prezident İlham Əliyev Gəncə və gəncəlilərə daim diqqət və qayğı ilə yanaşır. Gəncə şəhərində Prezident İlham Əliyevin sərəncamları əsasında böyük infrastruktur layihələr icra olunur ki, bunlar da şəhərimizin sosial-iqtisadi inkişafına və insanların yaşayış tərzinin yüksəldilməsinə köməklik göstərir. Niyazi Bayramov kitabın ərsəyə gəlməsində AMEA Gəncə Bölməsinə təşəkkürünü bildirib və uğurlar arzulayıb.

Akademik Fuad Əliyev çıxışında kitab haqqında tədbir iştirakçılarına geniş məlumat verib. O qeyd edib ki, “İlham Əliyevin Gəncə şəhərinə səfərləri” adlı kitabının yaranma səbəbi ölkə Prezidentinin 20 il ərzində Gəncə şəhərində sənaye, elm, təhsil, mədəniyyət, səhiyyə sahələrində, milli-mənəvi dəyərlərin bərpa olunması ilə bağlı verdiyi qərarlar, sərəncamlar və fərmanların hər birinin kitabda toplanaraq gələcək nəsillərə çatdırılmasıdır.

Bayram Aslanov bildirib ki, Azərbaycan xalqını bəlalardan xilas edən, bütün dünyaya öz gücünü, müdrikliyini bəyan edən və 44 günlük Zəfər qələbəsini tarixə qızıl hərflərlə yazan Prezidentimizin yanında olmaq hər birimiz üçün şərəfdir.

Sonda “İlham Əliyevin Gəncə şəhərinə səfərləri” adlı kitab tədbir iştriakçılarına təqdim olunub.

Qeyd edək ki, kitab Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə AMEA Gəncə Bölməsi tərəfindən nəşr edilib.

OXŞAR XƏBƏRLƏR
Kamran Əliyev Albaniyanın Baş prokuroru Olsian Çelanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

Kamran Əliyev Albaniyanın Baş prokuroru Olsian Çelanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

Xorvatiya Respublikasının Baş prokuroru İvan Turudiçin Bakıdadır

Xorvatiya Respublikasının Baş prokuroru İvan Turudiçin Bakıdadır

Azərbaycan və Rumıniya arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Rumıniya arasında Anlaşma Memorandumu imzalanıb

XƏBƏR LENTİ
  • 13:29

    AZAL Naxçıvana onlayn aviabilet alışında “SİMA İmza”nı tətbiq edib
  • 13:21

    Kamran Əliyev Albaniyanın Baş prokuroru Olsian Çelanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
  • 13:12

    Bakıda orta aylıq nominal əməkhaqqı 7 %-dən çox artıb
  • 13:06

    "Qarabağ"ın oyunu yunan hakimlərə tapşırıldı
  • 12:56

    Qərbi Azərbaycan mühacir hökumətinin yaranmasına münasibət müsbətdir - SORĞU
    Qərbi Azərbaycan mühacir hökumətinin yaranmasına münasibət müsbətdir - SORĞU
  • 12:44

    MÜTDA: Müəllimlər günü ilə əlaqədar pul yığılması yolverilməzdir
  • 12:27

    Hikmət Hacıyev dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib
  • 12:23

    Mark Rutte NATO-nun baş katibi vəzifəsinin icrasına başlayıb
Menyu