http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

Baş Prokuror: Regionda cinayətkarlığa qarşı ortaq mübarizə yolları araşdırılır

23 Oktyabr 2023 , 20:06
Baş Prokuror: Regionda cinayətkarlığa qarşı ortaq mübarizə yolları araşdırılır

"Regionda baş verən cinayətkarlığın dəyişən xarakteri ətraflı təhlil olunub, ortaq mübarizə yolları araşdırılır".

"Operativ Media" xəbər verir ki, bu fikirləri "Report"a Türk Dövlətləri Təşkilatının Baş Prokurorlar Şurasının 2-ci toplantısından sonra Azərbaycanın Baş prokuroru Kamran Əliyev bildirib.

Bu qurumun keçən il noyabrın 1-də Bakıda yaradıldığını vurğulayan Baş prokuror deyib ki, bu müddət ərzində TDT-yə üzv ölkələrin gənc prokurorluq əməkdaşları arasında sıx təmaslar qurulub: "Bu tədbirdə də gələcəkdə cinayətkarlığa qarşı mübarizə yolları bu regionda təhlükəsizliyin təmin edilməsi, sülhün bərqərar olunması, insan hüquq və azadlıqlarının təmin olunması baxımından çox mühüm təkliflər verildi. Bu təkliflər realizə edilib zaman-zaman tətbiq olunacaq".

Qeyd edək ki, bu gün TDT-yə üzv ölkələrin Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızstan, Özbəkistan və müşahidəçi Şimali Kipr Türk Respublikasının Baş Prokurorları Ankarada toplantı keçiriblər. Müzakirələrdən sonra birgə bəyanat imzalanıb. Oktyabrın 26-dək davam edən tədbir çərçivəsində TDT baş prokurorları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul ediləcək və Türkiyə Prokurorluğunda müxtəlif görüşlər keçiriləcək.

OXŞAR XƏBƏRLƏR
Xorvatiya Respublikasının Baş prokuroru İvan Turudiçin Bakıdadır

Xorvatiya Respublikasının Baş prokuroru İvan Turudiçin Bakıdadır

Azərbaycan və Rumıniya arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Rumıniya arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan XİN BƏƏ-nin Xartumdakı səfirinin iqamətgahına hücumu pisləyib

Azərbaycan XİN BƏƏ-nin Xartumdakı səfirinin iqamətgahına hücumu pisləyib

XƏBƏR LENTİ
  • 13:12

    Bakıda orta əməkhaqqı 7 %-dən çox artıb
  • 13:06

    "Qarabağ"ın oyunu yunan hakimlərə tapşırıldı
  • 12:56

    Qərbi Azərbaycan mühacir hökumətinin yaranmasına münasibət müsbətdir - SORĞU
  • 12:44

    MÜTDA: Müəllimlər günü ilə əlaqədar pul yığılması yolverilməzdir
  • 12:27

    Hikmət Hacıyev dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib
  • 12:23

    Mark Rutte NATO-nun baş katibi vəzifəsinin icrasına başlayıb
  • 12:22

    Azərbaycan millisinin Slovakiya ilə oyununun biletləri satışa çıxarıldı
  • 12:16

    Bakıda 20 km-lik yeni mikromobillik zolağı istifadəyə verilib
Menyu