http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

Gürcüstan 3+3 platformasından niyə imtina edir?

23 Oktyabr 2023 , 20:16
Gürcüstan 3+3 platformasından niyə imtina edir?

"Gürcüstan 3+3 formatından bir çox səbəblərə görə imtina edir. Birinci səbəb ondan ibarətdirki, bugün Gürcüstan Rusiya ilə çox ciddi siyasi münaqişə halındadır və Gürcüstan ərazilərində seperatçılığın bitməməsi, Abxaziya və Cənubi Asetiyada Gürcastanın ərazi bütövlüyünün tanınmamasının ən böyük səbəbkarı həm də Rusiyadır" bunu "Operativ Media" ya açıqlamasında politoloq Tural İsmayılov deyib.

Politoloqun sözlərinə görə, hazırda Gürcüstan Rusiya ilə siyasi münasibətlərinin kəskin konfrontasiya səviyyəsində olduğu indiki dövrdə Rusiyanın da təmsil olunduğu hansısa tədbirlərdə, toplantılarda bir mənalı şəkildə iştirak etməmək seçimini edib. 

"Digər bir tərəfdən Gürcüstanın Tehranda 3+3 platforması Xarici işlər nazirlərinin görüşünün keçirilməsinə Gürcüstanın halhazırda kapital baxımından, investisiya baxımından asılı olduğu bəzi Qərb dairələri var ki onlar da etiraz ediblər"

Tural İsmayılov deyir ki, Gürcüstanın 3+3 platformasına qarşı gəlməsinin səbəblərindən biri də qərb amilidir.

"Mən birmənalı olaraq deyirəm ki, Avropadakı siyasi institutlar Gürcüstanın 3+3 platformasına inteqrasiyasını istəmir. Əslində aylar əvvəl Gürcüstana səfər edən pentaqon rəhbəri də bu məsələdə konkret olaraq Qərbin mövqeyini çox açıq və aydın şəkildə bir daha Gürcüstana nümayiş etdirdi. Açıq şəkildə Gürcüstanın 3+3 platformasının inteqrasiya etməməli olduğunu vurğuladı. Amma mən hesab edirəm ki bu qısa müddətli bir məsələdir. Çünki bu 3+3 platformasının ilk ölkəsi Azərbaycan və Türkiyə ilə Gürcüstan ayrı ayrılıqda çox sıx iqtisadi siyasi inteqrasiya modellərinə malikdir. Məhz Gürcüstanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin yüksək səviyyədə olması Gürcüstanın 3+3 platformasına inteqrasiya prosesinin yaxın zamanda sürətlənəcəyini söyləməyimizə əsas verir"

OXŞAR XƏBƏRLƏR
Kamran Əliyev Albaniyanın Baş prokuroru Olsian Çelanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

Kamran Əliyev Albaniyanın Baş prokuroru Olsian Çelanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

Xorvatiya Respublikasının Baş prokuroru İvan Turudiçin Bakıdadır

Xorvatiya Respublikasının Baş prokuroru İvan Turudiçin Bakıdadır

Azərbaycan və Rumıniya arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Rumıniya arasında Anlaşma Memorandumu imzalanıb

XƏBƏR LENTİ
  • 13:29

    AZAL Naxçıvana onlayn aviabilet alışında “SİMA İmza”nı tətbiq edib
  • 13:21

    Kamran Əliyev Albaniyanın Baş prokuroru Olsian Çelanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
  • 13:12

    Bakıda orta aylıq nominal əməkhaqqı 7 %-dən çox artıb
  • 13:06

    "Qarabağ"ın oyunu yunan hakimlərə tapşırıldı
  • 12:56

    Qərbi Azərbaycan mühacir hökumətinin yaranmasına münasibət müsbətdir - SORĞU
    Qərbi Azərbaycan mühacir hökumətinin yaranmasına münasibət müsbətdir - SORĞU
  • 12:44

    MÜTDA: Müəllimlər günü ilə əlaqədar pul yığılması yolverilməzdir
  • 12:27

    Hikmət Hacıyev dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib
  • 12:23

    Mark Rutte NATO-nun baş katibi vəzifəsinin icrasına başlayıb
Menyu