21 Noyabr 2022, 21:26
Zelenski növbəti dəfə Ukraynanın Aİ və NATO-ya üzv olmasını istəyib
Zelenski növbəti dəfə Ukraynanın Aİ və NATO-ya üzv olmasını istəyib şəkil
Zelenski növbəti dəfə Ukraynanın Aİ və NATO-ya üzv olmasını istəyib

Ukrayna Prezidenti Volodimir Zelenski növbəti dəfə Ukraynanın NATO-ya və Avropa İttifaqına üzv qəbul olunmasını istəyib.

"Operativ Media" xəbər verir ki, Zelenski bu təklifi NATO-nun Parlament assambleyasının Madriddə keçirilən iclasında videobağlantı ilə çıxışı zamanı bildirib.

“Ukraynanın bizim cəmiyyətin müdafiəsinə verdiyi töhfəni öz gözünüzlə görürsünüz. Biz fevralın 24-dən sonra real olaraq birləşmişik. Buna görə də, Ukrayna NATO-nun və Aİ-nin tamhüquqlu üzvü olmalıdır. Mən sizi Ukraynanın NATO-ya və Aİ-yə üzvlüklə bağlı müraciətini dəstəkləməyə çağırıram” – deyə Zelenski vurğulayıb.

Son xəbərlər
Üç müntəzəm avtobus marşrutu üzrə müsabiqənin qalibləri müəyyən edilib
Sosial sığorta ödəmələri 11,6 faiz artıb
Azərbaycanda palçıq vulkanları - xüsusiyyətləri, ekoloji əhəmiyyəti - ARAŞDIRMA
Riçard Almeyda: "Tanrıya təşəkkür edirəm ki, mənim qarşıma Qurban Qurbanovu çıxardı"
ETX: "Azərpoçt" adından dələduzluqlar edilir
Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olunub
Yasamalda 25 kq heroin və marixuana dövriyyədən çıxarılıb
Vizaların sadələşdirilməsi turizmə necə təsir edir?