25 Oktyabr 2023, 15:19
Türkiyəli alimlərin hazırladığı xərçəng vaksini müsbət nəticə verdi
Türkiyəli alimlərin hazırladığı xərçəng vaksini müsbət nəticə verdi şəkil
Türkiyəli alimlərin hazırladığı xərçəng vaksini müsbət nəticə verdi

"BioNTech" şirkətinin xərçəng xəstəliyinə qarşı hazırladıqları vaksin uğurlu nəticə verib.

"Operativ Media" xəbər verir ki, bu barədə şirkətin təsisçiləri, türk alimlər Uğur Şahin və Özlem Türeci Madrid şəhərində keçirilən Avropa Tibbi Onkologiya Cəmiyyətinin Konqresində deyiblər.

Alimlərin verdiyi məlumata görə, 15 ildir üzərində işlədikləri vaksinin ilk nəticələri ümidverici olub. Belə ki, "BioNTech"in istehsalı olan "CARVac" xərçəng vaksini ilk sınaqlarda şişlərin böyüməsini dayandırıb və hətta kiçildib.

 

44 xəstəyə 4 dozada vaksinin tətbiq olunduğu tədqiqatlarda pasiyentlərin 59 faizində şişlərin ən azı 30 faiz kiçildiyi müşahidə olunub. 95 faiz pasiyentdə isə vaksindən sonra xərçəng stabil vəziyyətə gəlib və böyüməsi dayanıb.

Qeyd edək ki, "BioNTech" 2030-cu ilədək təqribən 10 min xərçəng xəstəsini müalicə etməyi hədəfləyir.

Son xəbərlər
Münaqişə Trampın prezidentlik müddəti bitənə qədər başa çatmalıdır
Bakıda binada partlayış baş verib - YENİLƏNİB
Azərbaycan cüdoçuları Berlində Avropa Kubokunda qüvvəsini sınayacaq
İlham Əliyevin Türkiyə səfərindən görüntülər - VİDEO
19 İyun 2025, 22:59
Yevlaxda 1 nəfər kanalda batıb
Zelenski Ukrayna Quru Qoşunlarına yeni rəis təyin edib
Ağ Ev İranla danışıqların əsas şərtini açıqlayıb
“Air Arabia” Azərbaycana uçuşları dayandırıb