Polşa İkinci Dünya müharibəsi zamanı dəymiş ziyanın ödənilməsi üçün Almaniyadan konkret hərəkətlər gözləyir.
"Operativ Media" xəbər verir ki, Polşanın xarici işlər naziri Zbiqnev Rau Almaniyaya İkinci Dünya Müharibəsi zamanı dəymiş ziyanın ödənilməsini tələb edən nota imzalayıb. Nazirin sözlərinə görə, nota Almaniya Xarici İşlər Nazirliyinə təqdim olunacaq.
Polşa XİN rəhbəri bildirib ki, təzminat məsələsinin həlli üçün hərəkətə keçməlidir. O əlavə edib ki, söhbət zərərə görə maddi və qeyri-maddi kompensasiyanın ödənilməsindən gedir.