Menyu

“Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında əlaqələrin yol xəritəsidir”

“Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında əlaqələrin yol xəritəsidir”

“Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında əlaqələrin yol xəritəsidir”.

"Operativ Media" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Anadolu”ya müsahibəsində deyib.

O bildirib ki, bütün sahələrdə böyük layihələr həyata keçirilir: “Böyük planlarımız var. Ticarət həcmində investisiyalar hər il artır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP, TAP kimi neft və təbii qaz layihələri uğurla davam edir”.

C.Bayramov, həmçinin Türkiyə ilə Azərbaycanın Türk Dövlətləri Təşkilatı (TDT) daxilindəki fəaliyyətindən danışıb: “Ölkələrimizin də iştirak etdiyi üçtərəfli və dördtərəfli platformalar var. Əməkdaşlığımız sadəcə bizi deyil, daha geniş coğrafiyanı əhatə edir. Qarşılıqlı dəstəyimiz bir-birimizin gücünə güc qatır, dövlətlərimizin və xalqlarımızın rifahını təmin edir”.

Teqlər:

"\u201c\u015eu\u015fa B\u0259yannam\u0259si Az\u0259rbaycan v\u0259 T\u00fcrkiy\u0259 aras\u0131nda \u0259laq\u0259l\u0259rin yol x\u0259rit\u0259sidir\u201d"

Əlaqəli Xəbərlər