Rusiya Finlandiya ilə əməkdaşlıq müqaviləsini ləğv etdi
Rusiya Xarici İşlər Nazirliyi 2024-cü il yanvarın 24-dən Finlandiya ilə transsərhəd əməkdaşlığa dair sazişə xitam verildiyini açıqlayıb.
“Operativ Media” dünya mediasına istinadən xəbər verir ki, müvafiq diplomatik nota oktyabrın 25-də Finlandiyanın səfiri Antti Helanterə təqdim edilib.
“Oktyabrın 25-də Finlandiyanın Rusiyadakı səfiri Antti Helanter Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Səfirə bəndinə uyğun olaraq qeyd edilən diplomatik nota təqdim olunub. Müqavilənin 14-cü maddəsinə uyğun olaraq, o, 90 gün ərzində, yəni 2024-cü ilin yanvarın 24-də ləğv ediləcək”, - bəyanatda deyilir.
Məlumata görə, saziş Finlandiyanın Rusiyaya qarşı hərəkətlərinə, o cümlədən ticari-iqtisadi və regionlararası əlaqələrin kəsilməsinə, habelə ruslara qarşı milli mənşəyə görə ayrı-seçkiliyə cavab olaraq ləğv edilib.
Gözəl Həşimova
Teqlər:
"Rusiya Finlandiya il\u0259 \u0259m\u0259kda\u015fl\u0131q m\u00fcqavil\u0259sini l\u0259\u011fv etdi"