Aİ Azərbaycan və Ermənistanı ilin sonunadək sülh prosesini yekunlaşdırmağa çağırır
Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistanı ilin sonunadək sülh prosesini yekunlaşdırmağa çağırır.
"Operativ Media" xəbər verir ki, bu barədə Aİ Şurasının iki günlük iclasının sonunda qəbul olunan yekun sənəddə bildirilib.
“Avropa İttifaqı Şurası suverenliyin, sərhədlərin toxunulmazlığının və ərazi bütövlüyünün tanınması prinsipləri əsasında Ermənistan və Azərbaycan arasında dayanıqlı və davamlı sülhün əldə edilməsinə davamlı dəstəyini bildirir.
Aİ Brüssel normallaşma prosesini dəstəkləyir və tərəfləri xoş niyyətlə hərəkət etməyə və prosesi bu ilin sonuna qədər yekunlaşdırmağa çağırır”, - sənəddə deyilir.
Sənəddə eyni zamanda, Qarabağın erməni sakinlərinin hüquq və təhlükəsizliyinin təmin edilməsinin vacibliyi vurğulanır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net