http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

İlham Əliyev BƏƏ Prezidentinə zəng edib

27 Oktyabr 2023 , 19:59
İlham Əliyev BƏƏ Prezidentinə zəng edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 27-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyana zəng edib.

"Operativ Media" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Telefon danışığı əsnasında Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında ikitərəfli əlaqələr müzakirə edilib, xalqlarımızın mənafeyi naminə iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb. Bu xüsusda Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında investisiyalar, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, bərpaolunan enerji, turizm və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

Prezident İlham Əliyev ötən gün açılışı olan Qaradağ Günəş Elektrik Stansiyasının Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa olunmasının önəmini qeyd edib. Dövlətimizin başçısı 230 meqavat gücündə olan Qaradağ Günəş Elektrik Stansiyasının regionda ən böyük günəş elektrik stansiyası olduğunu, Azərbaycanda xarici sərmayə ilə tikilən ilk bərpaolunan enerji stansiyası olduğunu vurğulayıb. Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin dörd nazirinin və geniş tərkibdə nümayəndə heyətinin bu tədbirdə iştirakının ölkələrimiz arasındakı dostluğun və tərəfdaşlığın nümunəsi olduğunu qeyd edib.

Azərbaycan Prezidenti Birləşmiş Ərəb Əmirliklərinin Prezidentini ölkəsinin BMT-nin İqlim Dəyişikliyi Konfransına – COP-28-ə ev sahibliyi etməsi münasibətilə təbrik edib, bunu Birləşmiş Ərəb Əmirliklərinin Davamlı İnkişaf Məqsədlərinə nail olunması və ətraf mühitin qorunması ilə bağlı qlobal səylərə töhfəsinin nümunəsi kimi dəyərləndirib.

Dövlət başçıları iki ölkə arasında, eləcə də beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər təsisatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

OXŞAR XƏBƏRLƏR
Simonyan: "Sülh sazişini Bakıda COP29 tədbiri zamanı da imzalaya bilərik"

Simonyan: "Sülh sazişini Bakıda COP29 tədbiri zamanı da imzalaya bilərik"

Rəhman Mustafayev Azərbaycanın Rusiyadakı səfiri təyin edilib

Rəhman Mustafayev Azərbaycanın Rusiyadakı səfiri təyin edilib

Baş prokuror Kamran Əliyev İslam Əməkdaşlıq Təşkilatının nümayəndələri ilə görüşüb

Baş prokuror Kamran Əliyev İslam Əməkdaşlıq Təşkilatının nümayəndələri ilə görüşüb

XƏBƏR LENTİ
  • 17:18

    FHN hərbi hissədə təlim keçirib
  • 17:14

    Məhkəmə valyuta tənzimi qaydalarını pozan şirkətlə bağlı qərarı açıqlanıb
  • 17:12

    Sabah Xəzər rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq
  • 16:53

    İran Livandan olan qaçqınlar üçün Suriyaya humanitar yardım göndərib
  • 16:47

    Türkiyədə zəlzələ olub
  • 16:43

    Simonyan: "Sülh sazişini Bakıda COP29 tədbiri zamanı da imzalaya bilərik"
  • 16:39

    AYNA: Bakının 29 küçə və prospektində xüsusi hərəkət zolağı təşkil edilib
  • 16:27

    Ötən ay azad edilmiş ərazilərdə zərərsizləşdirilən minaların sayı açıqlanıb
Menyu