http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Azərbaycanlı deputatlar Anqolada təşkil edilən tədbirdə iştirak ediblər

28 Oktyabr 2023 , 15:15
Azərbaycanlı deputatlar Anqolada təşkil edilən tədbirdə iştirak ediblər

Anqolanın paytaxtı Luandada oktyabrın 23-dən 27-dək davam edən Parlamentlərarası İttifaqın (PAİ) 147-ci Assambleyasıişini başa çatdırıb. Milli Məclisin deputatları tədbirdə iştirak ediblər.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Operativ Media"ya bildiriblər ki, oktyabrın 25-də PAİ-nin 147-ci Assambleyası çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin (QHPŞ) növbəti görüşü keçirilib. İclasda Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatının institusional inkişafı istiqamətində həyata keçirilən mühüm tədbirlər barədə məlumat verilib, qurumun gələcək institusional inkişafı, beynəlxalq əlaqələri, üzv ölkələr arasında əməkdaşlığın təşviq olunması istiqamətində çoxşaxəli fəaliyyət istiqamətləri və digər maraq doğuran məsələlər barədə danışılıb.

Azərbaycan parlamenti tərəfindən təşkil olunan görüşdə 30 ölkədən 80-ə yaxın nümayəndə iştirak edib. İclasda çıxış edən üzv ölkələrin parlament nümayəndə heyətlərinin təmsilçiləri Azərbaycanın QHPŞ-də sədrliyinin fəaliyyətini yüksək qiymətləndirərək, Parlament Şəbəkəsinin qlobal parlament dialoqunun təşviqində, parlament diplomatiyasının inkişafında oynadığı mühüm rolundan danışıblar. Tədbirin sonunda Parlamentlərarası İttifaqın Parlament Şəbəkəsinin rəsmi internet səhifəsinin təqdimatı keçirilib.

Xatırladaq ki, Parlamentlərarası İttifaqın 147-ci Assambleyasında 130-dan artıq ölkə parlamenti və 20-dən artıq beynəlxalq təşkilatın nümayəndələri iştirak edib. Assambleyada iştirak edən deputatlarımız – Elnur Allahverdiyev, Kamran Bayramov və Sevil Mikayılova “Sülhün, ədalətin və güclü təsisatların dəstəklənməsi istiqamətində parlamentlərin fəaliyyəti” mövzusunda keçirilən ümumi müzakirələrdə çıxışlar ediblər. Azərbaycan həqiqətləri, ərazilərimizin 30 illik erməni işğalına son qoymuş 44 günlük Vətən müharibəsi, bu ilin sentyabr ayında erməni təxribatlarına qarşı həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri, habelə ölkəmizin irəli sürdüyü sülh gündəliyi və Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası ilə bağlı məsələlər barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.

Nümayəndə heyətinin üzvləri PAİ-nin daimi komitələrinin və digər qurumların iclaslarında da iştirak ediblər, gündəlikdə duran mövzulara dair münasibət bildiriblər, bir sıra məsələlərlə bağlı ölkəmizin mövqeyini təqdim ediblər.

Deputatlar Sevil Mikayılova, Kamran Bayramov, Əminə Ağazadə, Səbinə Xasayeva qurumun müxtəlif bürolarına, Şahin İsmayılov isə Gənc parlamentarilər Forumunun idarə heyətinə üzv seçilib.

Oktyabrın 27-də PAİ-nin yeni prezidenti vəzifəsinə seçkilər keçirilib və Tanzaniya Milli Assambleyasının sədri Tulia Akson qalib olub.

Bununla da PAİ-nin 147-ci Assambleyası öz işini başa vurub.

OXŞAR XƏBƏRLƏR
Simonyan: "Sülh sazişini Bakıda COP29 tədbiri zamanı da imzalaya bilərik"

Simonyan: "Sülh sazişini Bakıda COP29 tədbiri zamanı da imzalaya bilərik"

Rəhman Mustafayev Azərbaycanın Rusiyadakı səfiri təyin edilib

Rəhman Mustafayev Azərbaycanın Rusiyadakı səfiri təyin edilib

Baş prokuror Kamran Əliyev İslam Əməkdaşlıq Təşkilatının nümayəndələri ilə görüşüb

Baş prokuror Kamran Əliyev İslam Əməkdaşlıq Təşkilatının nümayəndələri ilə görüşüb

XƏBƏR LENTİ
  • 17:18

    FHN hərbi hissədə təlim keçirib
  • 17:14

    Məhkəmə valyuta tənzimi qaydalarını pozan şirkətlə bağlı qərarı açıqlanıb
  • 17:12

    Sabah Xəzər rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq
  • 16:53

    İran Livandan olan qaçqınlar üçün Suriyaya humanitar yardım göndərib
  • 16:47

    Türkiyədə zəlzələ olub
  • 16:43

    Simonyan: "Sülh sazişini Bakıda COP29 tədbiri zamanı da imzalaya bilərik"
  • 16:39

    AYNA: Bakının 29 küçə və prospektində xüsusi hərəkət zolağı təşkil edilib
  • 16:27

    Ötən ay azad edilmiş ərazilərdə zərərsizləşdirilən minaların sayı açıqlanıb
Menyu