http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

“Kanada da fransa kimi açıq ermənipərəst mövqe nümayiş etdirir" - Politoloq

28 Oktyabr 2023 , 18:15
“Kanada da fransa kimi açıq ermənipərəst mövqe nümayiş etdirir" - Politoloq

“Kanada da fransa kimi açıq ermənipərəst mövqe nümayiş etdirir. Kanadanı xarici işlər naziri Melani Colinin Ermənistana səfəri zamanı Azərbaycana qarşı əsassız ittihamlar səsləndirməsi, bu da azmış kimi Bakını sanksiyalarla hədələməsi sözün əsl mənasında bardağı daşırıb” bunu “Operativ Media” ya açıqlamasında politoloq Zaur Məmmədov deyib.

Politoloqun sözlərinə görə, Melani Coli heç bir dəlil olmadan Azərbaycanı etnik təmizləmədə günahlandıra bilməz.

''Özünə və ölkəsinə hörmət edən şəxs əlbəttə bu cür çıxışları edərkən diqqətli olmalıdır. Onun gəlib binokulla Azərbaycana baxması, Laçına və Qarabağa baxması, əlbətdəki gülüncdür. Əminəm ki, o nazirin heç Ermənistanın harada yerləşməsindən xəbəri yoxdur. O sadəcə təyyarə ilə bölgəyə gəlib, kiminsə sifarişini yerinə yetirməklə məşğuldur''

Zaur Məmmədov deyir ki, Kanada rəsmisinin bu hərəkətləri onların Azərbaycandakı şirkətlərinin fəaliyyətini sual altında qoyur. Çünkü bu gün Azərbaycanın nə Kanadaya, nə də onun şirkətlərinə ehtiyacı var.

''Gəlin baxaq bu dövriyyəyə. Onların bu siyasi mövqeyi bölgədəki iri korperasiyaların maraqlarına da ziddir. Yaxşı olar ki, Kanada ona yaxın olan dairələrdə   bütün proseslərdə iştirak eləsin və özünü Cənubi Qafqazda ədalət carçısı kimi göstərməsin. İşğal dövründə susan bir ölkə indi Azərbaycanı əsassız iddialarla günahalndıra bilməz. Xüsusilə bu ölkənin siyasi xəttində Fransa təsiri ciddi şəkildə özünü göstərir. Həmçinin erməni lobbiçiliyi də Kanada da olduqca güclüdür. Yarandığı gündən indiyədək müstəqil xarici siyasəti olmayan Kanadanın missiyası həm də Vaşinqtondan gələn göstərişləri qeyd-şərtsiz icra etməkdir”

OXŞAR XƏBƏRLƏR
Simonyan: "Sülh sazişini Bakıda COP29 tədbiri zamanı da imzalaya bilərik"

Simonyan: "Sülh sazişini Bakıda COP29 tədbiri zamanı da imzalaya bilərik"

Rəhman Mustafayev Azərbaycanın Rusiyadakı səfiri təyin edilib

Rəhman Mustafayev Azərbaycanın Rusiyadakı səfiri təyin edilib

Baş prokuror Kamran Əliyev İslam Əməkdaşlıq Təşkilatının nümayəndələri ilə görüşüb

Baş prokuror Kamran Əliyev İslam Əməkdaşlıq Təşkilatının nümayəndələri ilə görüşüb

XƏBƏR LENTİ
  • 17:31

    ABŞ-nin ən varlı şəxsləri kimlərdir?
  • 17:30

    İçkili vəziyyətdə saxlanılan sürücünün hansı hüquqları var?
  • 17:18

    FHN hərbi hissədə təlim keçirib
  • 17:14

    Məhkəmə valyuta tənzimi qaydalarını pozan şirkətlə bağlı qərarı açıqlanıb
  • 17:12

    Sabah Xəzər rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq
  • 16:53

    İran Livandan olan qaçqınlar üçün Suriyaya humanitar yardım göndərib
  • 16:47

    Türkiyədə zəlzələ olub
  • 16:43

    Simonyan: "Sülh sazişini Bakıda COP29 tədbiri zamanı da imzalaya bilərik"
Menyu