http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Sahibə Qafarova türkiyəli həmkarını təbrik edib

29 Oktyabr 2023 , 09:55
Sahibə Qafarova türkiyəli həmkarını təbrik edib

Oktyabrın 28-də Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Respublikasının milli bayramı - Respublika Gününün 100-cü ildönümü münasibətilə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşa təbrik məktubu ünvanlayıb.
Milli Məclisn Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Operativ Media"ya verilən xəbərə görə, məktubda bildirilir ki, 1923-cü il oktyabrın 29-da Qazi Mustafa Kamal Atatürkün Türkiyə Böyük Millət Məclisində çıxış edərək Türkiyə Cümhuriyyətinin yaradıldığını elan etməsi çağdaş türk tarixində yeni şanlı dövrün əsasını qoyub.
Qeyd edilib ki, xüsusən son illərdə qardaş Türkiyə siyasi, iqtisadi, texnoloji və digər sahələrdə hərtərəfli inkişaf əldə edərək, dünyada cərəyan edən proseslərdə fəal rol oynayan, qüdrətli bir ölkəyə çevrilib. “Türkiyə Yüzili” baxışının həyata keçirilməsi isə Türkiyəyə daha böyük uğurlar və qələbələr qazandıracaq. Məktubda vurğulanır ki, bu gün “Bir millət, iki dövlət” prinsipinə əsaslanan Azərbaycan-Türkiyə qardaşlığı, birliyi və strateji müttəfiqliyinin nümunəvi xarakter daşıması və hazırda özünün ən yüksək zirvəsində olması bizləri olduqca sevindirir. 
Məktubun sonunda əziz Türkiyə xalqına daimi əmin-amanlıq və firavanlıq diləkləri ifadə olunub.

OXŞAR XƏBƏRLƏR
Simonyan: "Sülh sazişini Bakıda COP29 tədbiri zamanı da imzalaya bilərik"

Simonyan: "Sülh sazişini Bakıda COP29 tədbiri zamanı da imzalaya bilərik"

Rəhman Mustafayev Azərbaycanın Rusiyadakı səfiri təyin edilib

Rəhman Mustafayev Azərbaycanın Rusiyadakı səfiri təyin edilib

Baş prokuror Kamran Əliyev İslam Əməkdaşlıq Təşkilatının nümayəndələri ilə görüşüb

Baş prokuror Kamran Əliyev İslam Əməkdaşlıq Təşkilatının nümayəndələri ilə görüşüb

XƏBƏR LENTİ
  • 17:18

    FHN hərbi hissədə təlim keçirib
  • 17:14

    Məhkəmə valyuta tənzimi qaydalarını pozan şirkətlə bağlı qərarı açıqlanıb
  • 17:12

    Sabah Xəzər rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq
  • 16:53

    İran Livandan olan qaçqınlar üçün Suriyaya humanitar yardım göndərib
  • 16:47

    Türkiyədə zəlzələ olub
  • 16:43

    Simonyan: "Sülh sazişini Bakıda COP29 tədbiri zamanı da imzalaya bilərik"
  • 16:39

    AYNA: Bakının 29 küçə və prospektində xüsusi hərəkət zolağı təşkil edilib
  • 16:27

    Ötən ay azad edilmiş ərazilərdə zərərsizləşdirilən minaların sayı açıqlanıb
Menyu