
Suriya böhranına həll yolu tapmaq üçün başladılan Astana prosesinin qarant ölkələri olan Rusiya, Türkiyə və İran nümayəndə heyətləri Qazaxıstanın paytaxtı Astanada 19-cu dəfə bir araya gəlib.
Görüşdə Türkiyəni Xarici İşlər Nazirliyinin Suriya üzrə baş direktoru Səlcuq Ünalın rəhbərlik etdiyi nümayəndə heyəti, Rusiyadan Prezident Vladimir Putinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyevin, İrandan isə xarici işlər nazirinin siyasi məsələlər üzrə müşaviri Əlinin başçılıq etdiyi nümayəndə heyətləri iştirak ediblər.
Görüşlərdə Suriya hökumətinin xarici işlər nazirinin müavini Ayman Susan təmsil edir.
2 gün davam edəcək görüşlərdə tərəflər Suriyadakı ümumi vəziyyət baxımından humanitar və sosial-iqtisadi məsələlər də daxil olmaqla siyasi prosesin geniş təşviqini, girovların azad edilməsi, itkin düşmüş şəxslərin axtarışı kimi etimadın möhkəmləndirilməsi tədbirlərini müzakirə edilir.