Menyu

Putin Mahaçqaladakı iğtişaşlarla bağlı müşavirə keçirəcək

Nərmin Qocamanlı
Putin Mahaçqaladakı iğtişaşlarla bağlı müşavirə keçirəcək

Rusiya Prezidenti Vladimir Putin bu gün axşam saatlarında geniş tərkibdə müşavirə keçirəcək. O, həmçinin Mahaçqala hava limanındakı iğtişaşları müzakirə edəcək.

"Operativ Media" "Kommersant"a istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, V.Putin oktyabrın 29-u axşamdan etibarən Dağıstandakı vəziyyətlə bağlı Federal Təhlükəsizlik Xidmətindən, Rusiya Qvardiyası və respublika rəhbəri Sergey Melikovdan ətraflı hesabatlar almağa davam edir: “Dünənki hadisələrin xarici addımların nəticəsi olduğu hamıya aydındır”.

Peskov həmçinin qeyd edib ki, prezident müşavirə zamanı Qərbin Yaxın Şərqdəki hadisələrdən Rusiya cəmiyyətini parçalamaq üçün istifadə etmək cəhdlərini də müzakirə edəcək.

Teqlər:

"Putin Maha\u00e7qaladak\u0131 i\u011fti\u015fa\u015flarla ba\u011fl\u0131 m\u00fc\u015favir\u0259 ke\u00e7ir\u0259c\u0259k"

Əlaqəli Xəbərlər