http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Dövlət Komitəsinin sədri Xankəndi sakinləri ilə görüşüb

30 Oktyabr 2023 , 15:52
Dövlət Komitəsinin sədri Xankəndi sakinləri ilə görüşüb

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Gəncə şəhərində Xankəndi şəhərindən və Kərkicahan qəsəbəsindən məcburi köçkün düşmüş azərbaycanlıların bir qrupu ilə görüşüb.

"Operativ Media"xəbər verir ki, bu barədə Dövlət Komitəsindən bildirilib.

Görüşdə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli hərbi-siyasi və diplomatik səyləri nəticəsində üç il əvvəl 44 günlük Vətən müharibəsində Qarabağ və Şərqi Zəngəzur torpaqlarının Ermənistanın işğalından azad edildiyi, həmin ərazilərdə qalan erməni birləşmələrinin və qondarma qurumun isə bu il sentyabrın 19-20-də bir sutkaya yaxın müddətdə icra edilən antiterror tədbirləri sayəsində tamamilə ləğv olunduğu böyük razılıq və qürur hiss ilə xatırladılıb.

Tezliklə Xankəndidən məcburi köçkün düşmüş soydaşlarımızın doğma yurdlarına qayıdacağı, Böyük Qayıdış çərçivəsində həyata keçirilən tədbirlərin onları da əhatə edəcəyi diqqətə çatdırılıb. Prezident İlham Əliyevin hər zaman məcburi köçkünləri diqqətdə saxladığı, onların sosial problemlərinin həlli üçün tədbirlər həyata keçirdiyi bildirilib. Birinci vitse-prezident Mehriban Əliyevanın bu kateqoriyadan olan soydaşlarımızın müraciətlərinə həssaslıqla yanaşdığı vurğulanıb.

İşğaldan azad olunmuş ərazilərin bərpası, yenidən qurulması istiqamətində irimiqyaslı layihələrin həyata keçirildiyi, məcburi köçkünlərin könüllü, təhlükəsiz və ləyaqətlə geri qayıdışının təmin edilməsi üçün zəruri tədbirlərin icra edildiyi bildirilib. Bu günədək 3 mindən çox məcburi köçkün doğma yurduna qayıdıb, tezliklə qayıdışın Xankəndi sakinlərini əhatə edəcəyi deyilib. Bütün bunlarla yanaşı mina probleminin hələ də geri qayıdacaq əhalinin həyatı və sağlamlığı üçün təhlükə yaratdığı, Böyük Qayıdış prosesini ləngitdiyi vurğulanıb.

Xankəndiyə qayıtmağa, yenidən tarixi yurd yerlərində yaşamağa hazır olduqlarını deyən sakinlər işğaldan azad edilmiş bütün ərazilərdə Azərbaycanın dövlət suverenleyinin bərpa edilməsinə görə dövlətimizin başçısına və rəşadətli silahlı qüvvələrimizin mənsublarına minnətdarlıq bildirib, xalqımızın haqq işi uğrunda canını qurban verən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyiblər.

Görüşdə Xankəndindən olan məcburi köçkün icmalarının nümayəndələri, ziyalılar, ictimai fəallar iştirak edib, qayıdışa hazırlıq məsələlərinə dair rəy və təkliflərini səsləndiriblər.

OXŞAR XƏBƏRLƏR
Borrell yeni baş katibin rəhbərliyi altında NATO-Aİ tərəfdaşlığını gücləndirməyə ümid edir

Borrell yeni baş katibin rəhbərliyi altında NATO-Aİ tərəfdaşlığını gücləndirməyə ümid edir

Simonyan: "Sülh sazişini Bakıda COP29 tədbiri zamanı da imzalaya bilərik"

Simonyan: "Sülh sazişini Bakıda COP29 tədbiri zamanı da imzalaya bilərik"

Rəhman Mustafayev Azərbaycanın Rusiyadakı səfiri təyin edilib

Rəhman Mustafayev Azərbaycanın Rusiyadakı səfiri təyin edilib

XƏBƏR LENTİ
  • 19:19

    ABŞ-ın İsraildəki səfirliyi təhlükəsizliklə bağlı xəbərdarlıq edib
  • 18:58

    Rusiya Silahlı Qüvvələri Xerson vilayətində binanı vurub
  • 18:46

    Finlandiya prezidenti Türkiyənin NATO üzvü və Aİ tərəfdaşı kimi əhəmiyyətini vurğulayıb
  • 18:37

    Türkiyə XİN: Livandakı Türkiyə vətəndaşlarının təxliyəsi üçün planlama hazırdır
  • 18:32

    Kamran Əliyev nepallı həmkarı ilə görüşüb
  • 18:27

    İstanbul hava limanı dünyanın ən yaxşı hava limanı seçilib
  • 18:19

    Britaniya Evil Corp qrupunun 16 hakerinə qarşı sanksiya tətbiq edib
  • 18:17

    Xətai, Səbail, Nəsimi rayonlarında suyun verilməsində fasilə yaranacaq
Menyu