http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Azərbaycan və BƏƏ XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblər

30 Oktyabr 2023 , 23:46
Azərbaycan və BƏƏ XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblər

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfəri çərçivəsində BƏƏ-nin xarici işlər naziri Abdullah bin Zayed Al Nəhyan ilə görüşüb.

Bu barədə “Operativ Media”ya Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüş zamanı Azərbaycan və BƏƏ arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, habelə bölgədə mövcud vəziyyət müzakirə olunub.

İki ölkə arasında siyasi, iqtisadi, ticarət, enerji təhlükəsizliyi, investisiyalar, humanitar, təhsil, mədəniyyət və s. sahələr üzrə mövcud əməkdaşlıq gündəliyinin inkişafının məmnunluq doğurduğu qeyd olunub. Münasibətlərin gələcək inkişaf perspektivlərinin müzakirəsi, habelə mövcud müqavilə-hüquq bazasının genişləndirilməsi baxımından siyasi məsləhətləşmələr mexanizmindən istifadənin vacibliyi vurğulanıb.

Çoxtərəfli platformalar, xüsusilə Birləşmiş Millətlər Təşkilatı (BMT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Qoşulmama Hərəkatı (QH) və s. çərçivəsində Azərbaycan və BƏƏ arasında qarşılıqlı dəstək və həmrəyliyə əsaslanan tərəfdaşlığın mövcudluğundan bəhs edilib, BƏƏ tərəfindən ölkəmizin ərazi bütövlüyü və suverenliyinə göstərilən daimi dəstəyə görə minnətdarlıq ifadə edilib.

Enerji təhlükəsizliyi, xüsusilə bərpaolunan enerji istehsalı sahəsində iki ölkənin qarşılıqlı faydalı birgə fəaliyyəti, o cümlədən cari ilin 26 oktyabr tarixində Qaradağ Günəş Elektrik Stansiyasının açılış mərasiminin keçirilməsinin bu istiqamətdə BƏƏ-nin “Masdar” şirkəti ilə reallaşdırılması nəzərdə tutulan layihələr üçün uğurlu başlanğıc olacağına dair inam ifadə edilib.

Post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, habelə Azərbaycan və Ermənistan arasında normallaşma və sülh gündəliyinin irəlilədilməsi istiqamətində fəaliyyət barədə qarşı tərəf ətraflı məlumatlandırılıb.

BƏƏ tərəfi işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işləri çərçivəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi regionlarında mümkün investisiya imkanlarından yararlanmağa dəvət edilib.

Bölgədə sülh və reinteqrasiya prosesləri barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir Ceyhun Bayramov, ölkəmiz tərəfindən həyata keçirilən anti-terror tədbirləri nəticəsində sülh danışıqları, habelə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyasının qarşısındakı maneələrin aradan qaldırıldığını, bu istiqamətdə sülh quruculuğu prosesi üçün yeni imkanların yarandığını bildirib.

Ölkəmizin hər zaman olduğu kimi, bölgədə dayanıqlı sülhün bərqərar edilməsi üçün yaranmış bu münbit şəraitdə də sülh gündəliyinin irəlilədilməsində qərarlı olduğu vurğulanıb.

Nazir Abdullah bin Zayed Al Nəhyan, iki ölkə arasında qarşılıqlı səfərlərin əməkdaşlığın inkişafında müstəsna rol oynadığını qeyd edərək, bu kimi təmasların münasibətlərin inkişaf perspektivlərinin müzakirəsinə töhfə verdiyini diqqətə çatdırıb.

BƏƏ-nin Azərbaycanla ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlıq gündəliyinin daha da genişləndirilməsində maraqlı olduğu vurğulanıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

OXŞAR XƏBƏRLƏR
Borrell yeni baş katibin rəhbərliyi altında NATO-Aİ tərəfdaşlığını gücləndirməyə ümid edir

Borrell yeni baş katibin rəhbərliyi altında NATO-Aİ tərəfdaşlığını gücləndirməyə ümid edir

Simonyan: "Sülh sazişini Bakıda COP29 tədbiri zamanı da imzalaya bilərik"

Simonyan: "Sülh sazişini Bakıda COP29 tədbiri zamanı da imzalaya bilərik"

Rəhman Mustafayev Azərbaycanın Rusiyadakı səfiri təyin edilib

Rəhman Mustafayev Azərbaycanın Rusiyadakı səfiri təyin edilib

XƏBƏR LENTİ
  • 19:44

    İsrail ölkənin mərkəzi hissəsinin əhalisinə sığınacaqların yaxınlığında qalmağı əmr edib
  • 19:40

    Nikol Paşinyan İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arefi qəbul edib
  • 19:36

    Husilər Qırmızı dənizdə Britaniyaya məxsus Cordelia Moon tankerini vurub
  • 19:32

    ADY sədri Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində baş tutan müzakirələrdə iştirak edib
  • 19:19

    ABŞ-ın İsraildəki səfirliyi təhlükəsizliklə bağlı xəbərdarlıq edib
  • 18:58

    Rusiya Silahlı Qüvvələri Xerson vilayətində binanı vurub
  • 18:46

    Finlandiya prezidenti Türkiyənin NATO üzvü və Aİ tərəfdaşı kimi əhəmiyyətini vurğulayıb
  • 18:37

    Türkiyə XİN: Livandakı Türkiyə vətəndaşlarının təxliyəsi üçün planlama hazırdır
Menyu