Ana səhifə / Siyasət / Ermənistan Arazdəyəndəki metallurgiya zavodunun başqa yerə köçürüləcəyini təsdiqlədi Ermənistan Arazdəyəndəki metallurgiya zavodunun başqa yerə köçürüləcəyini təsdiqlədi 31.10.2023, 15:00 Arazdəyəndəki metallurgiya zavodu başqa yerə köçürüləcək. "Operativ Media" xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan parlamentdə jurnalistlərə deyib. Zavodun yaxın əraziyə köçürüləcəyini deyən nazir köçürmə və tikinti prosesinin davam etdiyini qeyd edib. Tikintinin özəl vəsaitlər hesabına aparıldığını deyən Kerobyan sonrakı addımları investorların müəyyənləşdirdiyini bildirib. "Biz isə coğrafi mövqeyi və regional mühiti nəzərə alaraq onlar üçün maksimum dərəcədə yararlı olmağa çalışırıq", - o deyib. Bundan başqa, erməni nazir investisyalar üçün əsas şərtin regionda sülhün olduğunu bildirib.
15.06.2026, 11:00 Azərbaycan XİN nümayəndə heyəti İqlim Danışıqları üzrə Bonn sessiyasında iştirak edib