22 Noyabr 2022, 19:45
Ombudsman: "Beynəlxalq təşkilatları Ermənistana qarşı qətiyyətli mövqe nümayiş etdirməyə çağırırıq"
Ombudsman: "Beynəlxalq təşkilatları Ermənistana qarşı qətiyyətli mövqe nümayiş etdirməyə çağırırıq" şəkil
Ombudsman: "Beynəlxalq təşkilatları Ermənistana qarşı qətiyyətli mövqe nümayiş etdirməyə çağırırıq"

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan minatəmizləmə tədbirləri nəticəsində cari il noyabrın 21-də Sarıbaba yüksəkliyinin şimal istiqamətində qanunsuz erməni silahlı dəstələri tərəfindən basdırılmış və 2021-ci ildə Ermənistanda istehsalı olunan 350 ədəd PMN-Э tipli piyada əleyhinə mina sahəsi aşkar edilib.

Ombudsman Aparatından "Operativ Media"ya verilən xəbərə görə, minalanmış ərazilərin dəqiq xəritələrinin ölkəmizə təhvil verilməsi ilə əlaqədar dəfələrlə çağırışlar edilməsinə baxmayaraq, Ermənistan tərəfi hələ də beynəlxalq hüquq normalarına hörmətsizlik edərək bu istiqamətdə heç bir əməli addım atmır.

“Bunun nəticəsidir ki, İkinci Qarabağ müharibəsindən sonra yüzlərlə mülki şəxs Ermənistan tərəfindən ərazilərimizdə basdırılmış minaların partlaması nəticəsində həlak olmuş və ya ağır xəsarətlər almışdır.

Regionda dayanıqlı sülhə və təhlükəsizliyə böyük zərbə vurmaqla yanaşı, işğaldan azad edilmiş tarixi torpaqlarımızda həyata keçirilən geniş bərpa-quruculuq işlərinə və keçmiş məcburi köçkünlərimizin əzəli ata-baba yurdlarına qayıtmasına maneə yaradan bu əməlləri kəskin şəkildə pisləyirik. Bir daha beynəlxalq təşkilatları Ermənistanına qarşı qətiyyətli mövqe nümayiş etdirməyə çağırırıq”, - Ombudsmanın müraciətində deyilir.

Son xəbərlər
Kaya Kallas: Bizsiz istənilən sülh sazişi iflasa uğrayacaq
Xaçmazda yanğın təhlükəli şadlıq sarayının fəaliyyəti dayandırılıb
Yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA
Rəsmi Moskva: Rusiya ilə Azərbaycan arasında gərginlik yaratmaq cəhdləri uğursuzluğa məhkumdur
İki bələdiyyəyə seçkilər etibarsız sayılıb
MSK bələdiyyə seçkilərinin nəticələrini elan edib - YENİLƏNİB
Azərbaycan PL-də 23-cü turun hakim təyinatları açıqlandı
Fevralın sonlarına yaxın Bakıya və Abşeron yarımadasına qar yağacağı gözlənilir