ABŞ-da donuz ürəyi köçürülmüş ikinci xəstə ölüb
ABŞ-da donuz ürəyi transplantasiyası alan ikinci xəstə 6 həftədən sonra ölüb.
"Operativ Media" xəbər verir ki, ABŞ-ın Merilend Universiteti Tibb Mərkəzi bildirib ki, dünyada donuz ürəyi alan ikinci xəstə transplantasiyadan təxminən altı həftə sonra vəfat edib:
"Dərin kədərlə biz geni dəyişdirilmiş donuzdan dünyada ikinci ürək transplantasiyası əməliyyatı keçirmiş sağalmaz ürək xəstəliyi olan 58 yaşlı Lourens Fawcett-in vəfatını elan edirik", - tibb mərkəzinin saytında deyilir.
Hesabatda Fossettin son mərhələdə ürək çatışmazlığından əziyyət çəkdiyi və ənənəvi ürək nəqli üçün yararsız hesab edildiyi qeyd edilib.
Qeyd edək ki, bu ABŞ-də edilən ikinci donuz ürəyi transplantasiyasıdır. Bundan əvvəl ABŞ-ın Merilend Tibb Universitetinin cərrahları transplantasiyadan iki ay sonra vəfat edən kişiyə donuz ürəyinin köçürülməsi əməliyyatı apardıqları barədə məlumatlar yaymışdılar.