http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Qərbi Azərbaycan İcmasının məktubu BMT sənədi kimi yayılıb

01 Noyabr 2023 , 11:01
Qərbi Azərbaycan İcmasının məktubu BMT sənədi kimi yayılıb

Xəbər verdiyimiz kimi, Qərbi Azərbaycan İcması 2023-cü il avqustun 10-da BMT-nin İnsan Hüquqları üzrə Ali Kommissarı Folker Türkə məktub göndərərək, Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə aparması və onların evlərinə qayıtmasına əngəl törətməsi nəticəsində insan hüquqlarının kütləvi şəkildə pozulması barədə müfəssəl hüquqi qiymətləndirmə təqdim etmişdi.

QAİ-dən "Operativ Media"ya verilən məlumata görə, bu günlərdə həmin müraciət BMT-nin Təhlükəsizlik Şurasının və Baş Assambleyasının gündəliyinin soyqırımının, etnik təmizləmənin, insanlıq əleyhinə cinayətlərin qarşısının alınması, irqçiliyin və ksenofobiyanın aradan qaldırılmasına dair bəndləri altında həmin ali orqanların rəsmi sənədləri kimi yayılmışdır.

Xatırladaq ki, sənəddə BMT-nin insan hüquqları üzrə qurumları sözügedən insan hüquqları pozuntuları ilə bağlı qərəzsiz və hərtərəfli araşdırma aparmağa, Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtmasına köməklik göstərməyə, etnik təmizləməni, mədəni-tarixi irsin məhv edilməsini həyata keçirənlərin, zorakılıq edənlərin və qovulmuş azərbaycanlıların geri qayıtmasına mane olanların məsuliyyətə cəlb olunması istiqamətində səylər göstərməyə çağırılır.

Müraciətin BMT-nin ali orqanlarının rəsmi sənədləri kimi yayılması BMT orqanlarının Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququ məsələsi ilə sistemli şəkildə məşğul olmaları üçün əsasları daha da gücləndirmişdir.

İcma Qayıdış Konsepsiyasına uyğun olaraq, sülh yolu ilə, təhlükəsiz şəkildə və ləyaqətlə qayıdış hüququnun təmin edilməsi məqsədi ilə beynəlxalq səylərini davam etdirəcəkdir.

OXŞAR XƏBƏRLƏR
Ərdoğan Finlandiya Prezidenti Stubbı rəsmi mərasimlə qarşılayıb

Ərdoğan Finlandiya Prezidenti Stubbı rəsmi mərasimlə qarşılayıb

Borrell yeni baş katibin rəhbərliyi altında NATO-Aİ tərəfdaşlığını gücləndirməyə ümid edir

Borrell yeni baş katibin rəhbərliyi altında NATO-Aİ tərəfdaşlığını gücləndirməyə ümid edir

Simonyan: "Sülh sazişini Bakıda COP29 tədbiri zamanı da imzalaya bilərik"

Simonyan: "Sülh sazişini Bakıda COP29 tədbiri zamanı da imzalaya bilərik"

XƏBƏR LENTİ
  • 21:29

    İranın İsrailə raket hücumlarının ikinci dalğası başlayıb - YENİLƏNİB
  • 21:17

    Təl-Əvivdə atışma nəticəsində 4 nəfər həlak olub - YENİLƏNİB
  • 21:00

    BMT Təhlükəsizlik Şurası Livandakı vəziyyətlə bağlı iclas keçirəcək
  • 20:29

    İsrail Müdafiə naziri Lloyd Ostin ilə bölgədəki vəziyyəti müzakirə edib
  • 20:23

    Qubada yük maşını aşıb
  • 20:13

    İsrail Nazirlər Kabineti təcili toplanış qərarı verib
  • 20:05

    Ərdoğan Finlandiya Prezidenti Stubbı rəsmi mərasimlə qarşılayıb
  • 19:59

    Bakı və Sumqayıtın əksər ərazilərində qaz olmayacaq
Menyu