Menyu

Gədəbəydə atasını öldürən şəxs saxlanılıb

Nərmin Qocamanlı
Gədəbəydə atasını öldürən şəxs saxlanılıb

Gədəbəy rayonunda atasını döyərək öldürməkdə şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Operativ Media"ya verilən xəbərə görə, Gədəbəy rayon sakini Vaqif Cəfərovun ailə münaqişəsi zəminində həyat yoldaşı Mehri Cəfərovaya bıçaq xəsarətləri yetirməsi və V.Cəfərovun ailə üzvləri tərəfindən döyülərək xəstəxanaya yerləşdirilməsi və orada dünyasını dəyişməsi ilə bağlı Gədəbəy Rayon Polis Şöbəsinin və rayon prokurorluğunun əməkdaşları müvafiq araşdırmalara başlayıb. 

İlkin araşdırmalar nəticəsində V.Cəfərovun ölümündə şübhəli bilinən oğlu, 1988-ci il təvəllüdlü Asəf Cəfərov polis əməkdaşları tərəfindən saxlanılaraq, istintaqa təhvil verilib.

Hazırda rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər