XİN: Misir Qəzzadan 60-dan çox ölkədən 7 min insanın təxliyəsi üçün çalışır
Nərmin Qocamanlı
Misir Qəzza zolağından 60-dan çox ölkədən 7 minə yaxın əcnəbini təxliyə etmək üçün səy göstərir.
"Operativ Media" xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyi məlumat yayıb.
Açıqlamaya görə, xarici işlər nazirinin köməkçisi noyabrın 1-də səfirlər və xarici diplomatik missiyaların nümayəndələri ilə Misirin Rəfah keçid məntəqəsinin açılmasına başlamaq səylərini müzakirə etmək üçün görüş keçirib .
“Görüş zamanı o, 60-dan çox ölkədən 7 minə yaxın xarici vətəndaşların Qəzzadan Rafah vasitəsilə qəbulu və təxliyyəsini asanlaşdırmaq məqsədi ilə bütün aidiyyəti Misir orqanlarının hazırkı hazırlıqlarını müzakirə edib”, - deyə Misir Xarici İşlər Nazirliyi bildirib.
Nərmin Qocamanova
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net