Oktyabrda KTM-ə zəhərlənmə ilə bağlı 128 nəfər qəbul edilib
Nərmin Qocamanlı
Oktyabr ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə ilə bağlı 128 nəfər qəbul edilib.
"Operativ Media" Mərkəzin Mətbuat xidmətinə istinadən xəbər verir ki, onlardan 53-ü kişi, 47-si qadın, 28-i isə uşaq olub.
Qəbul olunan xəstələrdən 64-i dərmandan, 24-sı sirkə turşusundan, 8-si göbələkdən, 14-ü etanoldan, 7-si dəm qazından zəhərlənib.
Digərlərindən 3-ü allergik reaksiyadan, 1-i isə botulizm, 4-ü anaflaksiya səbəbindən xəstəxanaya yerləşdirilib. Həmçinin onlardan 3 nəfəri ilan sancıb.
Qeyd edilib ki, həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 6-sı dünyasını dəyişib. Onlardan 5-i kişi, 1-i qadın olub.