http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Almaniya XİN rəhbərinin Azərbaycana səfər proqramı açıqlandı

02 Noyabr 2023 , 13:03
Almaniya XİN rəhbərinin Azərbaycana səfər proqramı açıqlandı

Almaniya xarici işlər naziri Annalena Berbokun Azərbaycana səfər proqramı açıqlanıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Qeyd edilib ki, 4 noyabr 2023-cü il tarixində Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbok ilk dəfə Bakıya səfər edəcək və burada həmkarı, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla danışıqlar aparacaq.

Bildirilib ki, Almaniya regionda davamlı sülhün və Avropa Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə üçtərəfli danışıqların tezliklə bərpa olunmasının tərəfdarıdır.

Qeyd edək ki, Azərbaycanla Almaniya arasında müqavilə-hüquqi bazası kifayət qədər genişdir. Bu sahədə indiyədək 77 sənəd imzalanıb və 7 sənəd layihəsi nəzərdən keçirilməkdədir.

Son 30 il ərzində iki ölkə arasında iqtisadi əlaqələr yüksək səviyyəyə çatıb. Azərbaycanda 200-dən çox Almaniya şirkəti qeydiyyatdan keçib, bunlardan təqribən 170-i Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) üzvüdür. Bu şirkətlər energetika, sənaye, kənd təsərrüfatı, nəqliyyat, rabitə, tikinti, bankçılıq, sığorta və ticarət kimi sahələrdə fəaliyyət göstərir.

Azərbaycanla Almaniya arasında əmtəə dövriyyəsi 2022-ci ildə 1,25 milyard dollardan çox olub. Bunun 591,3 milyon dolları Azərbaycan ixracının, 663,5 milyon dollar isə idxalın payına düşüb. Son il ərzində Almaniya Azərbaycanın xarici ticarətinin ümumi həcmində 8-ci yer tutub.

 

OXŞAR XƏBƏRLƏR
Ərdoğan Finlandiya Prezidenti Stubbı rəsmi mərasimlə qarşılayıb

Ərdoğan Finlandiya Prezidenti Stubbı rəsmi mərasimlə qarşılayıb

Borrell yeni baş katibin rəhbərliyi altında NATO-Aİ tərəfdaşlığını gücləndirməyə ümid edir

Borrell yeni baş katibin rəhbərliyi altında NATO-Aİ tərəfdaşlığını gücləndirməyə ümid edir

Simonyan: "Sülh sazişini Bakıda COP29 tədbiri zamanı da imzalaya bilərik"

Simonyan: "Sülh sazişini Bakıda COP29 tədbiri zamanı da imzalaya bilərik"

XƏBƏR LENTİ
  • 21:29

    İranın İsrailə raket hücumlarının ikinci dalğası başlayıb - YENİLƏNİB
  • 21:17

    Təl-Əvivdə atışma nəticəsində 4 nəfər həlak olub - YENİLƏNİB
  • 21:00

    BMT Təhlükəsizlik Şurası Livandakı vəziyyətlə bağlı iclas keçirəcək
  • 20:29

    İsrail Müdafiə naziri Lloyd Ostin ilə bölgədəki vəziyyəti müzakirə edib
  • 20:23

    Qubada yük maşını aşıb
  • 20:13

    İsrail Nazirlər Kabineti təcili toplanış qərarı verib
  • 20:05

    Ərdoğan Finlandiya Prezidenti Stubbı rəsmi mərasimlə qarşılayıb
  • 19:59

    Bakı və Sumqayıtın əksər ərazilərində qaz olmayacaq
Menyu