Menyu

QMİ sədri Qəzzada sülhə nail olmaq üçün siyasətçiləri tezliklə qərarlar qəbul etməyə çağırıb

Nərmin Qocamanlı
QMİ sədri Qəzzada sülhə nail olmaq üçün siyasətçiləri tezliklə qərarlar qəbul etməyə çağırıb

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Qəzzada sülhə nail olmaq üçün siyasətçiləri tezliklə qərarlar qəbul etməyə çağırıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Allahşükür Paşazadə noyabrın 2-də İordaniyanın Azərbaycandakı səfiri Ömər Bərəkət əl-Nahar ilə görüşdə bildirib.

QMİ sədri son günlər Yaxın Şərqdə baş verənlərə toxunaraq Qəzzada mülki şəxslərin, qoca, qadın və uşaqların həlak olmasına təəssüfləndiyini bildirib, siyasətçilərin sülhə nail olmaq üçün tezliklə müdrik qərarlar qəbul edəcəklərinə inandığını qeyd edib.

Teqlər:

"QM\u0130 s\u0259dri Q\u0259zzada s\u00fclh\u0259 nail olmaq \u00fc\u00e7\u00fcn siyas\u0259t\u00e7il\u0259ri tezlikl\u0259 q\u0259rarlar q\u0259bul etm\u0259y\u0259 \u00e7a\u011f\u0131r\u0131b"

Əlaqəli Xəbərlər