03 Oktyabr 2022, 16:45
Çexiya vətəndaşlarını Rusiyanı tərk etməyə çağırdı

Çexiya vətəndaşlarını Rusiya Federasiyasını tərk etməyə və Rusiya ərazisinə səyahət etməkdən çəkinməyə çağırıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Çexiya Xarici İşlər Nazirliyi bəyanat yayıb.
"Rusiya Federasiyasının Ukraynaya davam edən hərbi müdaxiləsi nəticəsində ilk növbədə Aİ və NATO ölkələrinin vətəndaşları üçün təhlükəsizlik vəziyyətinin pisləşib. Bununla əlaqədar olaraq, Çexiya Xarici İşlər Nazirliyi Çexiya vətəndaşlarına qəti şəkildə tövsiyə edir: "Çexiya Xarici İşlər Nazirliyi Çexiya vətəndaşlarını Rusiya Federasiyasının ərazisini tərk etməyə və Rusiyaya səyahətdən çəkinməyə çağırır" - deyə bəyanatda bildirilib.
Qeyd edək ki, bundan əvvəl İtaliya və ABŞ səfirlikləri də vətəndaşlarına Rusiyanı tərk etməyi tövsiyə etmişdi.