http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 15 ° C

"Türk Dövlətləri dünyadakı güc birliklərindən biri olacaq"-ŞƏRH

03 Noyabr 2023 , 17:22
"Türk Dövlətləri dünyadakı güc birliklərindən biri olacaq"-ŞƏRH

Bu gün Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının (TDT) “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü keçirilib.

Son illərdə Türk dövlətləri arasında əlaqələr bütün sahələrdə intensiv xarakter alıb və dövrün tələblərinə, baş verən proseslərə uyğun olaraq sürətlə inkişaf etdirilir. Türk Dövlətləri Təşkilatının perspektivləri nələrdir? Təşkilatın gələcək üçün necə hədəfləri var? 

Mövzu ilə bağlı türkoloq Faiq Ələkbərli “Operativ Media”ya öz fikirlərini bölüşüb. 

O bildirib ki, Türk Dövlətləri Təşkilatının Astana görüşü bir daha göstərir ki, artıq bu təşkilat hərbi-siyasi gücə çevrilməkdədir.

"Türk Dövlətləri Təşkilatı XXI əsrin yeni qüvvəsidir. Türkiyənin yeni bir dönəmə qədəm qoyması, yəni İraqda, xüsusilə Suriyada keçirdiyi hərbi əməliyyatlar, eyni zamanda Azərbaycanın Qarabağda keçirdiyi hərbi əməliyyatlar və Qarabağı işğaldan azad etməsi, həmçinin Qazaxıstanın güclənməsi, Özbəkistanın yeni bir mərhələyə qədəm qoyması artıq Türk Dövlətləri Təşkilatını dünyada yeni bir gücə çevirir. Dünya təkqütblüdən çoxqütblü güc mərkəzlərinə gedir ki, belə çoxqütblü güc mərkəzlərdən biri də Türk Dövlətləri Təşkilatıdır. Türk Dövlətlər Təşkilatı bir neçə mərhələdən keçib. Başlanğıcda daha çox mədəni-iqtisadi amillər ön planda idi. Artıq iqtisadi anlamda ortaq türk pulunun yaranması, eyni zamanda siyasi anlamda Türk Dövlətləri Təşkilatının daha böyük bir gücə çevrilməsi və hətta vahid türk ordusunun yaradılması istiqamətində ciddi işlər gedir. Əgər yeni dönəmdə dünyada üç, ya beş güc birliyi olacaqsa, onlardan biri Türk Dövlətləri Təşkilatı olacaq”.

Ekspert qeyd edib ki, təşkilatın güclənməsində Azərbaycan və Türkiyənin rolu böyükdür:

“Türk xalqları və türk dövlətləri, xüsusilə də Azərbaycan və Türkiyə burada önəmli rol oynayır. Eyni zamanda Özbəkistan, Qazaxıstan, Qırğızıstan, eləcə də Türkmənistanın da bu mərhələyə qoşulmasının şahidi oluruq. Macarıstan da bu prosesin içindədir. Bu o deməkdir ki, faktiki olaraq müstəqil türk dövlətlərinin birliyi ideallaşır və ümid edirik ki, gələcəkdə müstəqil olmayan digər türk xalqları da bu birliyə qoşulduğu zaman təşkilat dünyanın ən böyük güclərindən birinə çevriləcək. Çünki bu artıq reallaşmaq üzrədir”.

OXŞAR XƏBƏRLƏR
XİN: Əgər ABŞ ədalətli mövqe nümayiş etdirmək istəyirsə, Ermənistanın törətdiyi cinayətlərin araşdırılmasını tələb etməlidir

XİN: Əgər ABŞ ədalətli mövqe nümayiş etdirmək istəyirsə, Ermənistanın törətdiyi cinayətlərin araşdırılmasını tələb etməlidir

Ərdoğan Finlandiya Prezidenti Stubbı rəsmi mərasimlə qarşılayıb

Ərdoğan Finlandiya Prezidenti Stubbı rəsmi mərasimlə qarşılayıb

Borrell yeni baş katibin rəhbərliyi altında NATO-Aİ tərəfdaşlığını gücləndirməyə ümid edir

Borrell yeni baş katibin rəhbərliyi altında NATO-Aİ tərəfdaşlığını gücləndirməyə ümid edir

XƏBƏR LENTİ
  • Dünən
    23:30

    XİN: Əgər ABŞ ədalətli mövqe nümayiş etdirmək istəyirsə, Ermənistanın törətdiyi cinayətlərin araşdırılmasını tələb etməlidir
    XİN: Əgər ABŞ ədalətli mövqe nümayiş etdirmək istəyirsə, Ermənistanın törətdiyi cinayətlərin araşdırılmasını tələb etməlidir
  • Dünən
    23:20

    İran İsrailə ballistik raket hücumu ilə bağlı ABŞ-a xəbərdarlıq etmədiyini bildirib
  • Dünən
    23:10

    Ağ Ev: ABŞ HDQ-nin gəmiləri İranın hücumunun dəf olunmasında iştirak edib
  • Dünən
    23:05

    BMT baş katibi Yaxın Şərq münaqişəsinin genişləndirilməsini pisləyib
  • Dünən
    22:55

    Aviaşirkətlər məcburi eniş üçün Bakı aeroportuna üz tutub
    Aviaşirkətlər məcburi eniş üçün Bakı aeroportuna üz tutub
  • Dünən
    22:20

    Almaniya XİN: İranın İsrailə ballistik raket hücumunu pisləyirik
  • Dünən
    22:14

    BMT Baş katibi Livanın Baş naziri ilə danışıqlar aparıb
  • Dünən
    22:08

    İran raket hücumu zamanı İsrailin 20-dən çox F-35 təyyarəsini vurub
Menyu