Menyu

Qurbanqulu Berdiməhəmmədov: Yaxın gələcəkdə Azərbaycana elektrik enerjisi nəql etmək imkanımız olacaq

Qurbanqulu Berdiməhəmmədov: Yaxın gələcəkdə Azərbaycana elektrik enerjisi nəql etmək imkanımız olacaq

“Qırğızıstan, Özbəkistan, Türkmənistan marşrutu boyunca Xəzər dənizinədək uzanacaq, sonra Azərbaycana və Türkiyəyə qədər genişləndiriləcək nəqliyyat dəhlizinin yaradılması üzərində iş gedir”.

"Operativ Media" xəbər verir ki, bunu Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Türk dövlətləri arasında reallaşdırılan layihələrdən danışaraq deyib.

“Hazırda Türkmənistan qonşu və qardaş ölkələr olan Özbəkistana və Azərbaycana təbii qaz ixrac edir. Eyni zamanda, bizim Türkmənistan qazını Xəzər dənizi vasitəsilə Azərbaycan, Türkiyə və gələcəkdə dünya bazarına ixrac etmək imkanımız var. Yaxın gələcəkdə qardaş ölkələr olan Azərbaycana və Türkiyəyə elektrik enerjisi də nəql etmək imkanımız olacaq”, - o əlavə edib.

Teqlər:

"Qurbanqulu Berdim\u0259h\u0259mm\u0259dov: Yax\u0131n g\u0259l\u0259c\u0259kd\u0259 Az\u0259rbaycana elektrik enerjisi n\u0259ql etm\u0259k imkan\u0131m\u0131z olacaq"

Əlaqəli Xəbərlər