Tailand Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Choengchai Chomchoengpaet, Çinlə 2017-ci ildə imzalanan S26T Yuan sinifli sualtı qayıq alqı-satqı müqaviləsindən geri çəkilə biləcəklərini söyləyib.
"Operativ Media" "Bangkok Post"a istinadən xəbər verir ki, bu barədə Chomchoengpaet mətbuata açıqlamasında bildirib.
Tayland donanmasının dekabr ayında sualtı layihə ilə bağlı Çin tərəfi ilə görüşəcəyini vurğulayan Chomchoengpaet, sualtı qayıqda hansı mühərrik növündən istifadə ediləcəyi ilə bağlı məlumat istəyəcəklərini və pozuntu halında müqavilədən çıxa biləcəklərini bildirib.
Qeyd edək ki, Tayland və Çinin dövlət gəmiqayırma şirkəti CSOC 2017-ci ildə S26T Yuan sinifli sualtı qayıq layihəsi üçün 393 milyon dollara razılaşıb.
Sualtı qayığın 5-6 il ərzində təhvil veriləcəyi gözlənilirdi.