İranda ərinə xəyanət edən qadın ölüm cəzasına məhkum edilib
Nərmin Qocamanlı
İranda ərinə xəyanət edən qadın ölüm cəzasına məhkum edilib.
"Operativ Media" xəbər verir ki, bu barədə ABC News məlumat yayıb.
İran qanunlarına görə, qadın ölüm hökmündən apellyasiya şikayəti verə bilər, çünki İran məhkəmələri bəzən vətənə xəyanətə görə insanları ölümə məhkum etsə də, apellyasiya şikayəti əsasında bu hökm daha yüngül cəza ilə əvəz edilə bilər.
Qeyd edək ki, İran ölüm hökmünün geniş tətbiqinə görə beynəlxalq təzyiq altındadır. 2023-cü ilin ilk 7 ayı ərzində ən azı 419 nəfər edam cəzasına məhkum edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30 faiz artım deməkdir.
İranda ölümlə cəzalandırılan cinayətlərə zina, qətl, zorlama, silahlı soyğunçuluq, adam oğurluğu və narkotik ticarəti daxildir.