İran PA: Avropa yaxşı bilir ki, insan haqlarını pozan onlardır
Operativ Media
İran Prezidentin Aparatı Avropanın insan haqlarının pozulması ilə bağlı İrana sanksiya tətbiq etməsinə reaksiya verib.
"Operativ Media" "İSNA"ya istinadən bildirir ki, Qulamhüseyn İsmaili sanksiyaları belə şərh edib: "Avropa ölkələri bilirlər ki, insan haqlarını əsas pozanlar onlardır. Onlar yaxşı bilirlər ki, İran İslam Respublikası insan haqlarına xüsusi diqqət yetirir. Onların sanksiyaları sadəcə siyasi gedişdir və insan haqlarının qorunması ilə heç bir əlaqəsi yoxdur. Buna xidmət etmir"- deyə o açıqlamasında bildirib.