http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 17 ° C

Almaniyanın xarici işlər naziri yalan bəyanat verib

04 Noyabr 2023 , 22:13
Almaniyanın xarici işlər naziri yalan bəyanat verib

Almaniyanın xarici işlər naziri Annalena Berbok Azərbaycana səfəri zamanı XİN-də mətbuat konfransında yalan açıqlama ilə çıxış edib.

"Operativ Media" APA-ya istinadən xəbər verir ki, xanım nazir Ermənistanda Qarabağdan köçmüş ermənilərlə görüşdüyü təqdirdə, Azərbaycana səfəri zamanı azərbaycanlı köçkün və qaçqınlarla görüşüb-görüşmədiyi barədə Real Televiziyasının müxbirinin sualına yanlış və yalan dolu cavab verməklə kifayətləndi.

Alman nazir əvvəlcə suala cavab verərkən özünün Qarabağdan Ermənistana getmiş ermənilərlə görüşünü uzun-uzadı təsvir etdi, daha sonra Azərbaycanın xarici işlər nazirinin sualın mahiyyətini xatırlatmasından sonra, bildirdi ki, o bu gün Bakıda Ermənistandan köçmüş şəxslərlə görüş keçirib.

Etibarlı mənbələrdən əldə olunmuş məlumata əsasən, əslində Almaniyanın xarici işlər naziri Bakının mənzərə restoranında vətəndaş cəmiyyətinin bəzi nümayəndələri ilə görüşünə istinad edirmiş.

Əldə etdiyimiz məlumata əsasən, Almaniya nazirinə qaçqın və məcburi köçkünlərlə görüş üçün təklifi verilsə də, onun bu görüşdən imtina etdiyi məlumdur.

Almaniya naziri anlamalıdır ki, Azərbaycan qaçqınlarının və məcburi köçkünlərinin 30 ildən artıq davam etmiş əzab-əziyyətini anlamaq üçün onlarla görüş vacib idi və bu kimi yalan açıqlamalar Azərbaycan-Almaniya ikitərəfli münasibətlərinə müsbət təsir etmir.

OXŞAR XƏBƏRLƏR
Meksikanın yeni Prezidenti Azərbaycana təşəkkür edib

Meksikanın yeni Prezidenti Azərbaycana təşəkkür edib

XİN: ABŞ Ermənistandan cinayətlərin araşdırılmasını tələb etməlidir

XİN: ABŞ Ermənistandan cinayətlərin araşdırılmasını tələb etməlidir

Ərdoğan Finlandiya Prezidenti Stubbı rəsmi mərasimlə qarşılayıb

Ərdoğan Finlandiya Prezidenti Stubbı rəsmi mərasimlə qarşılayıb

XƏBƏR LENTİ
  • 06:18

    Tonqo sahillərində güclü zəlzələ olub
  • 06:09

    Meksikanın yeni Prezidenti Azərbaycana təşəkkür edib
    Meksikanın yeni Prezidenti Azərbaycana təşəkkür edib
  • 05:59

    ÇL: "Borussiya Dortmund", "Mançester Siti" və "Barselona" asan qələbə qazandı
  • 05:54

    İran İsrailin HHQ-nin iki bazasına və kəşfiyyatının qərargahına zərbələr endirib
    İran İsrailin HHQ-nin iki bazasına və kəşfiyyatının qərargahına zərbələr endirib
  • 03:38

    Herzi Halevi: İranı cavab hücumu ilə təəccübləndirəcəyik
  • 02:17

    Şarl Mişel İranın İsrailə hücumunu pisləyib
  • 00:13

    İsrail: Yaxın Şərqdəki hədəflərə ağır zərbələr endiriləcək
  • Dünən
    23:30

    XİN: ABŞ Ermənistandan cinayətlərin araşdırılmasını tələb etməlidir
    XİN: ABŞ Ermənistandan cinayətlərin araşdırılmasını tələb etməlidir
Menyu