
"Uşaqların görmə funksiyaları hələ inkişaf etmədiyi üçün yalnız eynəklərin köməyi ilə düzəldilməlidir".
“Operativ Media” "news.ru"ya istinadən xəbər verir ki, bu barədə oftalmoloq Daria Barışnikova bildirib.
O, qeyd edib ki, bu tədbir olmadan göz “tənbəlləşə” bilər, ambliopiya yaranar və bu da çəpgözlüyün inkişafına təkan verə bilər.
Barışnikova əlavə edib ki, böyüklər üçün vəziyyət fərqlidir, onlar yalnız zəruri hallarda, məsələn kitab oxuyarkən və ya maşın sürərkən eynək istifadə edə bilərlər, Gündəlik həyatda isə eynəksiz də hərəkət etmələri mümkündür.
Həkim bəzən eynək əvəzinə yumşaq kontakt linzaların istifadə olunduğunu, lakin bir neçə istisna olmaqla, azyaşlı uşaqlara yazılmadığını vurğulayıb. Onun sözlərinə görə, “gecə” (ortokeratoloji) linzalardan da istifadə olunur və onlar sifarişlə hazırlanır.
“"Gecə" linzaları yalnız yuxu zamanı istifadə olunur, oyandıqdan sonra çıxarılır və gündüz görmə 100% təşkil edir. Lazer görmə korreksiyasına gəldikdə isə bu prosedur kosmetikdir və həqiqətən, yüksək görmə kəskinliyini bərpa etməyə imkan verir. Ancaq unutmamaq lazımdır ki, məsələn, 30 yaşında cərrahiyyə ilə miyopiyadan xilas olmaq 40 yaşından sonra oxu eynəklərindən istifadə etməyə başlamayacağınız mənasına gəlmir”, - deyə Barışnikova bildirib.