
Portuqaliya alimləri kofeinin beyin qan dövranını ləngidə biləcəyini aşkar ediblər.
“Operativ Media” məlumat verir ki, araşdırmanın nəticələri “Science Direct”də dərc edilib.
Tədqiqata nadir hallarda qəhvə içən 18-22 yaş arası 45 nəfər qatılıb. İştirakçıların beyində gedən qan axını transkranial Doppler ultrasəsindən istifadə edilməklə qiymətləndirilib. Sonra onlar iki qrupa bölünüblər. Birinci qrupa birdəfəlik 45 qram kofein kapsulu, ikinci qrupa 120 qramlıq kofein kapsulu, üçüncü qrupa isə plasebo qəbul edilib. Kofein istehlakından 30 dəqiqə sonra iştirakçılar yenidən transkranial Doppler ultrasəs müayinəsindən keçiblər.
Kofeinin birinci və ikinci qruplardakı iştirakçılarda orta, maksimum sistolik və son diastolik beyin qan axını sürətlərini azaltdığı məlum olub. Pik sistolik sürət ürəyin daralması anında qan axınının maksimal sürətidir, son diastolik sürət isə orqanın boşalması anında eyni göstəricidir.
Kofeinin beyinə təsiri qan damarlarını daraltmaqdır. Vazokonstriksiyaya görə baş ağrısının şiddəti azalır. Bundan əlavə, kofein mərkəzi sinir sistemini stimullaşdırır, ayıqlığı artırır və yorğunluğu aradan qaldırır. Ancaq qan damarları daraldıqda içindəki qanın hərəkət sürəti də yavaşlayır ki, bu da serebrovaskulyar qəzalara səbəb ola bilər.