http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Azərbaycan XİN başçısı Serbiya Prezidenti ilə görüşüb - YENİLƏNİB

07 Noyabr 2023 , 15:05
Azərbaycan XİN başçısı Serbiya Prezidenti ilə görüşüb - YENİLƏNİB

7 noyabr 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov Serbiya Respublikasına səfəri çərçivəsində Prezident Aleksandr Vuçiç tərəfindən qəbul edilib.

XİN-dən "Operativ Media"ya verilən məlumata görə, görüş zamanı iki ölkə arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərindən məmnunluq ifadə olunub, qarşılıqlı yüksək səviyyəli səfərlərin, o cümlədən, ötən ilin noyabr ayında Prezident İlham Əliyevin Serbiyaya dövlət səfərinin və Prezident Aleksandr Vuçiçin ötən ilin dekabr ayında Azərbaycana işgüzar səfərinin önəmi vurğulanıb.

Görüşdə ticarət və iqtisadi əlaqələrin inkişafı prespektivləri ətrafında fikir mübadiləsi aparılıb və Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyəti təqdir edilib. 

İki ölkə arasında enerji, kənd təsərrüfatı, turizm və digər istiqamətlərdə strateji əməkdaşlığın etdirilməsi üçün geniş imkanların olduğu qeyd edilib.

Görüş zamanı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması və regionda davamlı sülhün qurulması imkanları barədə fikir mübadiləsi aparılıb. 

Prezident Aleksandr Vuçiç Serbiyanın Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəklədiyini bildirib və Azərbaycanın da Serbiyanın ərazi bütövlüyünə göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə edib.

Görüşdə həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

***

14:53

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Serbiya Prezidenti Aleksandır Vuçiç ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Tərəflər ikitərəfli strateji münasibətlərə dair məsələləri, əməkdaşlığın perspektivlərini və son regional hadisələri müzakirə ediblər.

OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev: UNESCO bir adamın əlində alətə çevrilməməlidir

Hikmət Hacıyev: UNESCO bir adamın əlində alətə çevrilməməlidir

Avropa Komissiyasının genişlənmə üzrə Baş direktorunun Azərbaycana səfəri başlayıb

Avropa Komissiyasının genişlənmə üzrə Baş direktorunun Azərbaycana səfəri başlayıb

COP29-un baş danışıqçısı Səudiyyə Ərəbistanı Krallığının nümayəndə heyəti ilə görüşüb

COP29-un baş danışıqçısı Səudiyyə Ərəbistanı Krallığının nümayəndə heyəti ilə görüşüb

XƏBƏR LENTİ
  • 09:35

    “Xələfli” sərhəd zastavası təmirdən sonra xidməti istifadəyə verilib
  • 09:34

    AMB-nin bu günə olan valyuta məzənnələri
  • 09:31

    Keniyada leysan yağışlarında ölənlərin sayı artıb
  • 09:25

    Azərbaycan nefti ucuzlaşıb
  • 09:22

    Bu gün Sabunçu və Səbail rayonlarında qaz təchizatında fasilə yaranacaq
  • 09:10

    Hikmət Hacıyev: UNESCO bir adamın əlində alətə çevrilməməlidir
    Hikmət Hacıyev: UNESCO bir adamın əlində alətə çevrilməməlidir
  • 08:54

    "Qalatasaray" alman futbol mütəxəssisi ilə yollarını ayırdı
  • 08:47

    Ağdamda toy karvanında avtoxuliqanlıq edən 5 sürücü inzibati məsuliyyətə cəlb edilib
Menyu