Əli Əsədovlə Fuat Oktay arasında telefon danışığı olub
Nərmin Qocamanlı
Noyabrın 23-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay arasında telefon danışığı olub.
Nazirlər Kabinetindən "Operativ Media"ya verilən xəbərə görə, telefon danışığı əsnasında Türkiyənin Düzce vilayətində baş vermiş zəlzələ ilə bağlı narahatlıq ifadə olunub, yaralananların tezliklə sağalması, zəlzələnin nəticələrinin və dəymiş ziyanın aradan qaldırılması arzulanıb