http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Azərbaycan və Latviya arasında strateji dialoqun ikinci iclası keçirilib

07 Noyabr 2023 , 16:34
Azərbaycan və Latviya arasında strateji dialoqun ikinci iclası keçirilib

7 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikası və Latviya Respublikası arasında strateji dialoqun ikinci iclası keçirilib.

XİN-dən "Operativ Media"ya verilən xəbərə görə, Azərbaycan Respublikasının nümayəndə heyətinə xarici işlər nazirinin müavini cənab Fariz Rzayev, Latviya Respublikasının nümayəndə heyətinə Xarici İşlər Nazirliyi dövlət katibinin müavini-siyasi direktor cənab Anjeys Vilumsons rəhbərlik edib.

İclas zamanı ikitərəfli münasibətlər, siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.

İki ölkə arasında strateji dialoqun, habelə Azərbaycan Respublikası Hökuməti və Latviya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətinin əhəmiyyəti vurğulanıb.

Qarşı tərəfə post-münaqişə dövründə bölgədəki vəziyyət, normallaşma prosesi, Ermənistan tərəfindən ölkəmizə qarşı yaradılmış mina təhdidləri, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi genişmiqyaslı yenidənqurma işləri, eləcə də “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı”nın icrası barədə məlumat verilib.

İclas zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

OXŞAR XƏBƏRLƏR
Bonnda “COP29 və sonrası - sülh, təhlükəsizlik və iqlim dəyişikliyi” mövzusunda konfrans keçirilib

Bonnda “COP29 və sonrası - sülh, təhlükəsizlik və iqlim dəyişikliyi” mövzusunda konfrans keçirilib

COP29 veb saytı istifadəyə verilib

COP29 veb saytı istifadəyə verilib

Moldova prezidenti Gürcüstandakı etirazları dəstəkləyib

Moldova prezidenti Gürcüstandakı etirazları dəstəkləyib

XƏBƏR LENTİ
  • 15:01

    Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi
  • 14:53

    Sahibkarlara ayrılan zəmanətli kreditlərin həcmi 470 milyon manata çatıb
  • 14:44

    Aİ, Fransa və Çin liderlərinin üçtərəfli görüşü olacaq
  • 14:40

    FHN əməliyyat görüntüləri yayıb - VİDEO
  • 14:39

    "Azərbaycan qanunvericiliyində kiberbullinqlə bağlı ayrıca tənzimləyici normalar yoxdur"
  • 14:32

    Xətai rayon prokurorluğunda “Yaşıl dünya üçün hüquqi yeniliklər” adlı tədbir keçirilib
  • 14:28

    Bonnda “COP29 və sonrası - sülh, təhlükəsizlik və iqlim dəyişikliyi” mövzusunda konfrans keçirilib
  • 14:14

    "İnternetdən təhlükəsiz istifadə mövzusunda 3 seminar keçiriləcək"
Menyu