Menyu

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin səlahiyyətləri artırılıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin səlahiyyətləri artırılıb

Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) beynəlxalq avtomobil daşımalarının tənzimlənməsi və nəzarəti ilə bağlı bəzi səlahiyətləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə verilib.

"Operativ Media" xəbər verir ki, bu barədə “Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən “İcazə Sistemi” haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 1997-ci il 10 yanvar tarixli 6 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin qərarında göstərilib.

Bu məqsədlə Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən “İcazə Sistemi” haqqında əsasnamənin 3-cü bəndi dəyişdirilib. Bununla da gömrük sərhəd buraxılış məntəqələrində də xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri ilə həyata keçirilən beynəlxalq avtomobil daşımalarının tənzimlənməsini və nəzarəti səlahiyyəti Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə ötürülüb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər