Menyu

Azərbaycanda son sutkada 49 nəfər COVID-19-a yoluxub

Nərmin Qocamanlı
Azərbaycanda son sutkada 49 nəfər COVID-19-a yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 49 yeni yoluxma faktı qeydə alınıb, 43 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Operativ Media"ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 824 082 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 813 828 nəfər müalicə olunaraq sağalıb, 9975 nəfər vəfat edib, aktiv xəstə sayı 279 nəfərdir.

Ölkədə son sutka ərzində 2329, hazırkı dövrədək isə 7 363 574 test aparılıb.

Əlaqəli Xəbərlər