Baş həkim klinikasının satılması xəbərinə cavab verib
“Nə yazdıqlarını özləri də bilmirlər, boş söhbətdir, klinika satılmayıb”.
"Operativ Media" xəbər verir ki, bu sözləri Globalinfo.az-a açıqlamasında “Baku City Hospital”ın sahibi, ortoped-travmatoloq Bayram Qorçiyev klinikanın satılması xəbərinə aydınlıq gətirən zaman deyib.
O, hazırda işinin başında olduğunu bildirib:
“Satılsa, ən azından notariusa gedərdik. Boş-boş danışmaqdan başqa heç nə bilmirlər. Artıq 5 ildir klinikamı “alıb-satırlar”. O qədər rəqiblər var, yəqin, onların ortaya atdığı xəbərdir. İndi gəlib hoqqa verirlər ki, “klinika satıldı”. Hər şey olduğu kimi qalır, özüm də xaricdəyəm”.
Qeyd edək ki, bundan əvvəl “Baku City Hospital”ın satıldığına dair xəbərlər yayılıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net