Ana səhifə / Siyasət / Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfəri başa çatıb Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfəri başa çatıb 23.11.2022, 21:17 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasına rəsmi səfəri noyabrın 23-də başa çatıb. "Operativ Media" xəbər verir ki, Belqrad şəhərinin “Nikola Tesla” hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Dövlətimizin başçısını Serbiya Prezidenti Aleksandar Vuçiç yola saldı.