Menyu

Volodimir Zelenski növbəti yardıma görə Azərbaycana təşəkkür edib

Redaksiya
Volodimir Zelenski növbəti yardıma görə Azərbaycana təşəkkür edib

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın enerji sisteminə göstərdiyi köməyə görə Azərbaycana təşəkkür edib.

"Operativ Media" xəbər verir ki, Zelenski bu barədə axşam videomüraciəti zamanı bildirib.

“Bu gün Azərbaycana təşəkkür etmək istəyirəm. Qış mövsümündən əvvəl Azərbaycan Prezidenti İlham Əliyevlə razılığa gəldiyimiz kimi, enerjimizə də müvafiq yardım var. Başa düşürük ki, bu qışda çətinliklər keçmişdən az olmaya bilər. Hazırlaşırıq. Ukraynanın, insanlarımızın, enerjimizin dəstəyi çox vacibdir", - deyə Zelenski videomüraciətində bildirib.

Teqlər:

"Volodimir Zelenski n\u00f6vb\u0259ti yard\u0131ma g\u00f6r\u0259 Az\u0259rbaycana t\u0259\u015f\u0259kk\u00fcr edib"

Əlaqəli Xəbərlər