http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Sankt-Peterburq şəhərində “Zəfər” konfransı təşkil edilib - FOTO

10 Noyabr 2023 , 20:23
Sankt-Peterburq şəhərində “Zəfər” konfransı təşkil edilib - FOTO

Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycanın Zəfər Gününə həsr olunmuş “Zəfər” adlı konfrans keçirilib.

Bu barədə "Operativ Media"ya Diaspora üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, “Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Azərbaycan Milli-Mədəniyyət Muxtariyyəti” şəhər ictimai təşkilatı tərəfindən təşkil edilən tədbirdə müxtəlif icmaların nümayəndələri və soydaşlarımız iştirak ediblər.

Tədbir öncəsi “Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Azərbaycan Milli-Mədəniyyət Muxtariyyəti”nin üzvləri Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğunun əməkdaşları ilə birlikdə müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin bu şəhərdəki barelyefini ehtiramla ziyarət ediblər.

Konfrans ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Sonra Diasporla İş üzrə Dövlət Komitəsinin adından konfrans iştirakçılarını Zəfər Günü münasibətilə təbrik edən şöbə müdiri Ruslan Quliyevin videomüraciəti nümayiş olunub.

Konfransı giriş sözü ilə “Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Azərbaycan Milli-Mədəniyyət Muxtariyyəti”nin sədri Vaqif Məmişov və Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulu Sultan Qasımov açıblar.

Tədbir “Rossiya-1” telekanalının hazırladığı “Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Kənardan baxış” adlı reportajının təqdimatı ilə davam edib.

Konfransda çıxış edən qonaqlar xalqımızı və Azərbaycan Prezidenti İlham Əliyevi parlaq Qələbə münasibətilə təbrik ediblər.

Bədii hissədə “Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Azərbaycan Milli-Mədəniyyət Muxtariyyəti”nin nəzdindəki “Xəzər” xoreoqrafiya ansamblı konsert proqramı ilə çıxış edib.

OXŞAR XƏBƏRLƏR
Moskvada Azərbaycan və Rusiya Baş nazirləri müavinlərinin görüşü keçirilib

Moskvada Azərbaycan və Rusiya Baş nazirləri müavinlərinin görüşü keçirilib

Putin Tacikistan liderini Moskvada "Qələbə paradı"nı izləməyə dəvət edib

Putin Tacikistan liderini Moskvada "Qələbə paradı"nı izləməyə dəvət edib

Azərbaycan XİN: "Ölkəmizdə media Böyük Britaniyadakı kimi azad və demokratikdir"

Azərbaycan XİN: "Ölkəmizdə media Böyük Britaniyadakı kimi azad və demokratikdir"

XƏBƏR LENTİ
  • 17:46

    "Dalğa - 2024" birgə taktiki təliminin yekun nəticələri təhlil edilib
  • 17:40

    Azərbaycanda avtomobil hərracına maraq necədir?
  • 17:38

    Qeyri-sabit hava şəraiti nə vaxta qədər davam edəcək?
    Qeyri-sabit hava şəraiti nə vaxta qədər davam edəcək?
  • 17:34

    Uşaqlara görə erkən pensiya hüququ yaranan şəxslərə elektron qaydada pensiya təyin olunacaq
  • 17:24

    Blinken: Jurnalistlərə və müstəqil mediaya dəstəyimiz sarsılmazdır
  • 17:15

    Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb
  • 17:12

    ️ Xaçmazda qanunsuz ağac kəsən şəxs barəsində qanunamüvafiq tədbir görülüb
  • 17:01

    Prezident “Əmək pensiyaları haqqında” qanunu təsdiqləyib
    Prezident “Əmək pensiyaları haqqında” qanunu təsdiqləyib
Menyu