http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

XİN Nikol Paşinyana cavab verib

10 Noyabr 2023 , 22:37
XİN Nikol Paşinyana cavab verib

10 noyabr 2023-cü il tarixində Ermənistan baş naziri Nikol Paşinyanın 6-cı Paris Sülh Konfransının panel müzakirələrində növbəti dəfə səsləndirdiyi əsassız iddialar Ermənistan tərəfinin siyasi manipulyasiyalardan və təhrif olunmuş interpretasiyadan əl çəkmədiyini nümayiş etdirir.

"Operativ Media" xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Ermənistan baş naziri Nikol Paşinyanın 6-cı Paris Sülh Konfransının panel müzakirələrində səsləndirdiyi iddialarına dair şərhində yer alıb.
 
Qeyd edilib ki, Ermənistanın Baş nazirinin Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin guya "etnik təmizlənmə"yə məruz qaldığı ilə bağlı iddialarını qətiyyətlə pisləyir və rədd edirik.
 
30 ilə yaxın təcavüzkar siyasəti ərzində bir milyona qədər azərbaycanlının fundamental hüquqlarını pozan, uşaq, qadın və qocaya heç bir fərq qoymadan azərbaycanlılara qarşı misli görünməmiş soyqırımı və kütləvi qırğınlar törətmiş Ermənistanın Azərbaycanı "etnik təmizləmə"də ittiham etməyə heç bir mənəvi haqqı yoxdur.

Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin şəxsi qərarları əsasında Ermənistana köçməsinin məcburi yerdəyişmə ilə heç bir əlaqəsi olmadığı Baş nazir Paşinyana yaxşı məlumdur. Bu cür əsassız ittihamların regiona səfər edən, eləcə də Ermənistanda aktiv fəaliyyət göstərən BMT-nin ixtisaslaşmış qurumlarının nümayəndələrinin hesabat və bəyanatları ilə də açıq şəkildə ziddiyyət təşkil etdiyini Baş nazirə bir daha xatırladırıq. 
 
Ermənistanın Baş nazirinin Qərbi Azərbaycan İcmasının öz doğma torpaqlarınına təhlükəsiz və ləyaqətli şəkildə qayıtması tələbinin Ermənistana qarşı “ərazi iddiası” və “təcavüzə hazırlıq” kimi qələmə verilməsi isə tamamilə əsassızdır. Məhz Ermənistan tərəfi Qərbi Azərbaycan İcmasının dialoq təklifini tamamilə rədd edib və bununla da bölgədə sülh və sabitlikdə maraqlı olmadığını nümayiş etdirib.
 
Suverenlik və ərazi bütövlüyünün tanınmasına, Azərbaycan-Ermənistan arasında sərhədlərin delimitasiyası məsələsində 1991-ci il Alma-Ata bəyannaməsinə, bölgədə nəqliyyat və iqtisadi əlaqələrin qurulması üçün ölkələrin suverenliyi, yurisdiksiyası və bərabərliyi prinsiplərinə hörmətlə yanaşılmasının əhəmiyyətinə vurğu edən baş nazir Ermənistanın bu prinsipləri 30 ildən artıq müddətdə pozmasını unudub. Ermənistandan fərqli olaraq, 44 günlük müharibədən dərhal sonra məhz Azərbaycan Ermənistana 5 baza prinsipi əsasında sülh təklif edib. Ermənistan isə ölkəmizə qarşı davam etdirdiyi iddialarla bu prinsipləri pozmaqda davam edir. 
 
Müxtəlif beynəlxalq platformalardan istifadə etməklə ölkəmizə qarşı aqressiv böhtan xarakterli ritorikanı davam etdirən Ermənistan tərəfinə sülh perspektivlərinə xələl gətirən açıqlamalardan əl çəkməyə və Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün yaranmış tarixi imkanlardan istifadə etməyə çağırırıq.
 
Ümidvarıq ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, yaxın zamanda sülh müqaviləsinin imzalanması istiqamətində Azərbaycan tərəfindən edilən çağırışlara Ermənistan tərəfindən adekvat cavab veriləcəkdir.

OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev: UNESCO bir adamın əlində alətə çevrilməməlidir

Hikmət Hacıyev: UNESCO bir adamın əlində alətə çevrilməməlidir

Avropa Komissiyasının genişlənmə üzrə Baş direktorunun Azərbaycana səfəri başlayıb

Avropa Komissiyasının genişlənmə üzrə Baş direktorunun Azərbaycana səfəri başlayıb

COP29-un baş danışıqçısı Səudiyyə Ərəbistanı Krallığının nümayəndə heyəti ilə görüşüb

COP29-un baş danışıqçısı Səudiyyə Ərəbistanı Krallığının nümayəndə heyəti ilə görüşüb

XƏBƏR LENTİ
  • 09:10

    Hikmət Hacıyev: UNESCO bir adamın əlində alətə çevrilməməlidir
    Hikmət Hacıyev: UNESCO bir adamın əlində alətə çevrilməməlidir
  • 08:54

    "Qalatasaray" alman futbol mütəxəssisi ilə yollarını ayırdı
  • 08:47

    Ağdamda toy karvanında avtoxuliqanlıq edən 5 sürücü inzibati məsuliyyətə cəlb edilib
  • 08:44

    BDU-nun Astrofizika kafedrası: "G2 səviyyəli geomaqnit qasırğası müşahidə olunur" - YENİLƏNİB
  • 08:18

    Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb
  • 07:36

    KL: "Fiorentina" qələbə qazandı, "Aston Villa" məğlub oldu
  • 06:45

    Yaponiya və ABŞ silah hazırlanmasına 3 milyard dollar xərcləyəcək
  • 06:29

    AL: "Bayer" səfərdən qələbə ilə qayıdır
Menyu