http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Leyla Abdullayeva Paris Sülh Forumunda Paşinyana cavab verib

10 Noyabr 2023 , 23:12
Leyla Abdullayeva Paris Sülh Forumunda Paşinyana cavab verib

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Paris Sülh Forumu çərçivəsində keçirilən panel müzakirəsində Ermənistan Baş naziri Paşinyanın və Azərbaycanla bağlı tərəflərə qərəzli suallar ünvanlayan moderatora cavab verib.

"Operativ Media" APA-ya istinadən xəbər verir ki, Nikol Paşinyan gürcüstanlı həmkarı İrakli Qaribaşvili ilə birlikdə iştirak etdiyi panel müzakirəsində Qranadada beştərəfli görüşün baş tutmamasına görə Azərbaycan tərəfini günahlandırıb və Azərbaycanın daha əvvəl razılaşdırılmış görüşdə imtina etdiyini bildirib.

Müzakirədə dinləyici qismində çıxış edən Leyla Abdullayeva əvvəlcə moderatorun suallarının qərəzli olmasına diqqət çəkib: “Moderator, vurğuladınız ki, siz Fransada Azərbaycanın Ermənistana qarşı törətdiyi “təhdidlərdən” narahatsınız. Diqqətinizə çatdırım ki, bu “təhdidlər” tamamilə əsassızdır. Çünki Azərbaycanın bu günədək etdiyi beynəlxalq ictimaiyyət tərəfindən tanınmış öz əraziləri üzərində suverenliyini bərpa etmək olub. Biz faktiki olaraq beynəlxalq hüquqa görə Azərbaycana aid olanı qazanmışıq. Azərbaycan hər zaman dəfələrlə sülhdə maraqlı olduğunu bəyan edib. Sadəcə bəyan etməyib, Azərbaycan 2020-ci ildə müharibədən dərhal sonra Ermənistanla normallaşma prosesinin təşəbbüskarı olub və əlbəttə ki, Azərbaycan Ermənistanla birbaşa doialoqun tərəfdarıdır”.

Leyla Abdullayeva daha sonra Nikol Paşinyanın ittihamlarına cavab verib: “Azərbaycan Prezidentinin Qranada görüşü ilə bağlı mövqeyi düşünürəm ki, aydın şəkildə bildirilib. Qranada görüşündən bir gün öncə Fransanın xarici işlər naziri Ermənistana səfər etdi və Ermənistana silahların göndərilməsi ilə bağlı qərarı bəyan etdi. Bu Ermənistanı silahlandırmaq, ölkədəki revanşist ideologiyanı dəstəkləmək qərarı həqiqətən də regionda sülh və normallaşmaya xidmət etmək məqsədiləmi idi ? Digər tərəfdən isə Fransa vasitəçi kimi iştirak etmək niyyətində idi. Beləliklə açıq şəkildə bir ölkənin tərəfini tutan və onu açıq şəkildə silahlandırıran ölkə daha sonra deyir ki, mən vasitəçiyəm. Digər tərəfdən isə liderlər Türkiyə Prezidentinin iştirakından imtina etdilər. Bu izahlar Azərbaycan tərəfindən açıq şəkildə ifadə edilib”.

Leyla Abdullayevanin çıxışı zaldakı dinləyicilərin alqışları ilə qarşılanıb. Nikol Paşinyan Azərbaycan səfirinə cavab vermək üçün mikrofonu götürsə də, səsləndirilən arqumentlərə münasibət bildirməyib və mövzunu dəyişərək Azərbaycanın Ermənistanı Qərbi Azərbaycan adlandırdığını deyib.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan XİN Polşanı Konstitusiya Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Polşanı Konstitusiya Günü münasibətilə təbrik edib

Ceyhun Bayramov Qambiyaya işgüzar səfərə yola düşüb

Ceyhun Bayramov Qambiyaya işgüzar səfərə yola düşüb

Azərbaycan Prezidenti: Polşanın Cənubi Qafqazı əhatə edən mövqeyini yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Polşanın Cənubi Qafqazı əhatə edən mövqeyini yüksək qiymətləndiririk

XƏBƏR LENTİ
  • 13:31

    Azərbaycan XİN Polşanı Konstitusiya Günü münasibətilə təbrik edib
  • 13:25

    İraqın şimalında 32 PKK üzvü zərərsizləşdirilib
  • 13:24

    ƏÜO komandanı İran İslam Respublikasına rəsmi səfər edib
  • 13:17

    Pərviz Şahbazov Səudiyyə Ərəbistanı Krallığının energetika naziri ilə görüşüb
  • 13:04

    Apreldə su hövzələrindən 375 ədəd sintetik tor götürülüb
  • 13:00

    Ceyhun Bayramov Qambiyaya işgüzar səfərə yola düşüb
  • 12:57

    Aprel ayı ərzində BŞTİ-yə 5 mindən çox müraciət daxil olub
  • 12:50

    Azərbaycanda təbii və texnogen mənşəli hadisələrin sayı 11 faiz azalıb
Menyu