Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu sosial media hesabında Türkiyənin bir dəfəyə ən çox metamfetamin ələ keçirdiyini bildirib. "İstanbulda 6 aylıq təqibdən sonra 16-23 noyabr tarixləri arasında keçirilən əməliyyatlarda 3 ton 533 kg metamfetamin ələ keçirilib, 12 nəfər həbs olunub, 10 nəfər haqqında məhkəmə prosesi davam edir." - deyə paylaşımda qeyd edilib