http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Ərdoğan Azərbaycandakı Türkiyə hərbçilərinin fəaliyyət müddətinin uzadılması barədə qanun layihəsini TBMM-ə göndərib

13 Noyabr 2023 , 16:32
Ərdoğan Azərbaycandakı Türkiyə hərbçilərinin fəaliyyət müddətinin uzadılması barədə qanun layihəsini TBMM-ə göndərib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı mandatının daha bir il uzadılması ilə bağlı qanun layihəsini Türkiyə Böyük Millət Məclisinə (TBMM) göndərib.

“Operativ Media” xəbər verir ki, qanun layihəsində Azərbaycan Ordusunun sentyabrın 19-20-də Qarabağ bölgəsində keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində ərazidəki qeyri-qanuni rejimin tamamilə ləğv olunduğu, amma Azərbaycanla Ermənistan arasında hələ yekun sülh sazişinin imzalanmadığı qeyd olunub.

Bildirilib ki, Türkiyə regionda sülh və sabitliyin qorunması üçün töhfələr verməyə davam edəcək.

Həmçinin qeyd olunub ki, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin işi uğurla davam etdirilir: “Türkiyə bu mərkəz vasitəsilə də regionun təhlükəsizliyinə və tərəflər arasında etimad mühitinin yaranmasına töhfə verir”.

Qanun layihəsində yazılıb ki, Türkiyə Silahlı Qüvvələrinin Birgə Monitorinq Mərkəzindəki fəaliyyəti Türkiyənin regionda konstruktiv rolunun tələbidir.

Türkiyə ordusunun mandatının noyabrın 17-dən etibarən daha bir il uzadılması vurğulanıb.

Qanun layihəsinin bu həftə TBMM-də müzakirə olunacağı gözlənilir.

Xatırladaq ki, 2020-ci il noyabrın 17-də Türkiyə Böyük Millət Məclisi ölkənin Silahlı Qüvvələrinə qoşunlarını bir il müddətinə Azərbaycana göndərmək səlahiyyəti verib.

2021 və 2022-ci illərin noyabrında Türkiyənin Azərbaycandakı hərbçilərinin fəaliyyət müddəti bir il uzadılıb.

OXŞAR XƏBƏRLƏR
Paşinyan: Geri verilən 4 kənd heç vaxt bizim olmayıb

Paşinyan: Geri verilən 4 kənd heç vaxt bizim olmayıb

ABŞ Azərbaycanın hansı şirkətinə sanksiya tətbiq edib?

ABŞ Azərbaycanın hansı şirkətinə sanksiya tətbiq edib?

Azərbaycan və Argentina arasında işçi qrupun ikinci iclasının keçirilməsi müzakirə olunub

Azərbaycan və Argentina arasında işçi qrupun ikinci iclasının keçirilməsi müzakirə olunub

XƏBƏR LENTİ
  • Dünən
    23:33

    Kolumbiya mayın 2-dən İsraillə diplomatik münasibətləri kəsir
  • Dünən
    23:11

    Azərbaycanda pul bazası 14 % artıb
  • Dünən
    23:11

    Bakıda yanğın olub, ölən var
    Bakıda yanğın olub, ölən var
  • Dünən
    23:01

    Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub
  • Dünən
    22:56

    Paşinyan: Geri verilən 4 kənd heç vaxt bizim olmayıb
    Paşinyan: Geri verilən 4 kənd heç vaxt bizim olmayıb
  • Dünən
    22:49

    Azərbaycan-Özbəkistan regional əməkdaşlığı müzakirə edilib
    Azərbaycan-Özbəkistan regional əməkdaşlığı müzakirə edilib
  • Dünən
    22:37

    Azərbaycan-İran mədəni əməkdaşlığı müzakirə olunub
  • Dünən
    22:34

    Azərbaycan Beynəlxalq Mədəniyyət Forumuna dəvət edilib
Menyu